Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 31-ci turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, turun qapanış matçında “Araz-Naxçıvan” və “Səbail” komandaları üz-üzə gəliblər.
Turnir cədvəlində qonşu olan bu komandalar son turlarda uğursuz nəticələri ilə diqqət çəkirdilər. “Səbail” bu oyundan öncə 39 xalla 7-ci, “Araz-Naxçıvan” isə 32 xala 8-ci sırada qərarlaşmışdı.
“Araz-Naxçıvan” “Səbail”ə qarşı keçirdiyi 3 oyunda heç vaxt qələbə qazana bilməmişdi. Bir oyun “Səbail”in qələbəsiylə yekunlaşmışdısa, digər oyunlarda 2 heç-heçə qeydə alınmışdı. “Səbail” bütün matçlarda qol vurmuşdu.
Elə bu oyunda da ənənə pozulmayıb. Rəqib qapısından iki cavabsız top keçirən “Səbail” uğursuz gedişata son qoyub.
Premyer Liqa
31-ci tur
21 aprel
“Araz-Naxçıvan” – “Səbail” 0:2
Qollar: Aleksandr Ramalinqom, 32-pen. Yusif Nəbiyev, 75.
Hakimlər: Tural Qurbanov, Müslüm Əliyev, Kamran Bayramov, Nicat İsmayıllı.
Mərdəkan. “Dalğa Arena”, 19:00.
Araz-Naxçıvan: 12. Kristian Avram, 6. Vadim Abdullayev, 10. Orxan Əliyev (k), 55. Zamiq Əliyev, 2. Abdulla Rzayev, 9. Elvis Maşike, 23. Nuno Rodriqes, 42. Məhəmməd Kadiri, 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro, 27. Numan Kurdiç.
Ehtiyat oyunçular: 91. Semir Bukviç, 1. Vüsal Şabanov, 7. Nicat Süleymanov, 22. Elçin Mustafayev, 17. İldar Ələkbərov, 88. Tuqay Əlizadə, 11. Ramin Nəsirli, 13. Mirəli Əhmədov, 29. Vanderson Melo, 8. İsmail Azzaui.
Baş məşqçi: Elmar Baxşıyev.
Səbail: 1. Səlahət Ağayev, 5. Adil Nağıyev (k), 74. Yusif Nəbiyev, 17. Rafael Məhərrəmli, 11. Rüfət Abdullazadə, 88. Valdemar Almeyda, 9. Aleksandr Ramalinqom, 27. Pedro Nuno, 3. Silven Deslandes, 21. Anas Najah, 7. Madi Keta.
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 10. Ağabala Ramazanov, 6. Cabir Əmirli, 15. Vüqar Həsənov, 8. Bahadur Həziyev, 55. Nir Bardea, 44. Yadin Luqasi, 14. Suleyman Alluş.
Baş məşqçi: Şahin Diniyev.