Premyer Liqa: “Səbail” “Araz-Naxçıvan”dan xal aldı

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 24-cü turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun gününün ilk qarşılaşması Mərdəkanda baş tutub.

Burada “Araz-Naxçıvan” çempionatın aşkar autsayderi “Səbail”i qəbul edib. Son üç oyununda qələbəyə həsrət qalmış Naxçıvan təmsilçisi nəhayət, uğursuz gedişata bu oyunda son qoymaq istəyirdi. “Səbail” də son üç turda cəmi 2 xal qazanmışdı və sonuncu pillədən qurtulmaq üçün qələbəyə çox ehtiyacı vardı.

Bu, “Araz-Naxçıvan”la “Səbail”in çempionatdakı 7-ci qarşılaşması idi. Əvvəlki 6 oyunda bərabərlik vardı. 2 oyun heç-heçə bitdiyi halda qalan oyunlarda da tərəflər hərəyə 2 qələbə qazanmışdılar. Hətta top fərqində də bərabərlik hörkm sürürdü – 8:8. “Səbail” bütün səfər oyunlarında qol vurmuşdu. “Araz-Naxçıvan” son iki qarşılaşmada qalib gəlmişdi.

Bu gün baş tutmuş oyunda isə qapılara qol vurulmayıb. Beləcə, komandalar fərqlənmədən 1 xala sahib çıxıblar.

Premyer Liqa
24-cü tur
22 fevral

“Araz-Naxçıvan” – “Səbail” 0:0
Hakimlər: Fərid Hacıyev, Müslüm Əliyev, Rəhman İmami, Elvin Bayramov.
VAR: Nicat İsmayıllı.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Asif Əliyev.
Bakı. “Dalğa Arena”, 16:00.

Araz-Naxçıvan: 12. Kristian Avram, 5. Qara Qarayev, 34. Ürfan Abbasov, 2. Slavik Alxasov, 6. Vadim Abdullayev (k), 29. Vanderson Melo, 17. İssuf Paro, 23. Nuno Rodriqes, 97. Felipe Santos, 10. Bernardo Dias, 9. Əyyub Allaş.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 99. Raul Əhmədzadə, 7. Ülvi İsgəndərov, 22. Elçin Mustafayev, 20. Turan Vəlizadə, 11. Bayraməli Qurbanov, 24. Mustafa Əhmədzadə, 71. Sənan Ağalarov, 57. Elcan Məmmədov, 21. Sezar Meza Kolli, 8. Karlos Jatoba.
Baş məşqçi: Elmar Baxşıyev.

Səbail: 1. Hüseynəli Quliyev, 96. İlkin Muradov, 74. Yusif Nəbiyev (k), 77. Fərid Nəbiyev, 20. Mert Çelik, 11. Rüfət Abdullazadə, 16. Emin Rüstəmov, 3. Dmitri Litvin, 7. Madi Keta, 5. Gitay Sofir, 14. Suleyman Alluş.
Ehtiyat oyunçular: 12. Əlirza Müştəbazadə, 25. Nicat Məmmədzadə, 22. Mirabdulla Abbasov, 18. Süleyman Əhmədov, 83. Nihad Quliyev, 19. Samir Abdullayev, 97. Oruc Məmmədov, 88. Hacıəli Şirəliyev, 10. David Qomis, 99. İnnosent Nşuti.
Baş məşqçi: Cavid Hüseynov.