Premyer Liqa: “Səbail” “Kəpəz”ə də uduzacaq?

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 22-ci turunun növbəti oyunu keçiriləcək.

Arena.az xəbər verir ki, ikinci oyun günündə də bir qarşılaşma baş tutacaq.

Günün yeganə oyunu Qəbələdə keçiriləcək. Məlum səbəblərdən rəqiblərini burada qəbul edən “Kəpəz” bu dəfə “Səbail”lə üz-üzə gələcək.

Son turlarda inamlı təsir bağışlayan “Kəpəz”dən fərqli, “Səbail” dörd oyundur qələbəyə həsrətdir. “Dənizçilər” bu oyunlarda 3 məğlubiyyətə üzülüb, 1 heç-heçə ediblər. Gəncəlilər isə son 4 matçdan 2 qələbə, 2 məğlubiyyətlə ayrılıblar. “Səbail” hazırda 27 xalla 6-cı, “Kəpəz” isə 20 xalla 9-cu pillədə qərarlaşıb.

“Kəpəz”lə “Səbail” indiyə qədər 10 oyun keçiriblər. Bu görüşlərdə gəncəlilər 3, bakılılar 5 qələbə qazanıblar, 2 qarşılaşma “sülh”lə bitib. Son 5 qarşılaşmada qol vuran tərəf qalib gəlib. “Səbail” son iki görüşdə qapısını toxunulmaz saxlayıb.

Premyer Liqa
22-ci tur
11 fevral

“Qarabağ” – “Sabah” 3:3
Qollar: Marko Yankoviç, 31-pen. Olavio Juninyo, 64-pen. Yassin Benzya, 90+8 – İshak Belfodil, 45+1-pen; 54-pen. Tellur Mütəllimov, 90+5.
Hakimlər: Rəvan Həmzəzadə, Vüsal Məmmədov, Şirmamed Mamedov, Kamal Umudlu.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Tofiq Bəhramov adına Respublika Stadionu, 15:00.

12 fevral

“Kəpəz” – “Səbail”
Hakimlər: Nicat İsmayıllı, Eyyub İbrahimov, Asiman Əzizli, Vüqar Həsənli.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Elman Musayev.
Qəbələ şəhər stadionu, 15:00.

13 fevral

“Turan Tovuz” – “Qəbələ”
Hakimlər: Rauf Allahverdiyev, Müslüm Əliyev, Cəmil Quliyev, Əli Əliyev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Tovuz şəhər stadionu, 15:00.

“Zirə” – “Sumqayıt”
Hakimlər: Tural Qurbanov, Kamran Bayramov, Rəhman İmami, Kamranbəy Rəhimov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Zirə İdman Kompleksinin stadionu, 17:15.

“Araz-Naxçıvan” – “Neftçi”
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Teymur Teymurov, Kamran Əliyev.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Bakı. “Dalğa Arena”, 19:30.