Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 12-ci turunun oyunları keçirilir.
Arena.az xəbər verir ki, sonuncu oyun gününün ilk qarşılaşması Tovuzda baş tutub.
Burada çempionatın iki əsas autsayderi üz-üzə gəlib. Belə ki, sonuncu pillədə qərarlaşmış “Kəpəz” Tovuz şəhər stadionunda özündən öndə qərarlaşmış “Səbail”i qəbul edib. Gəncə klubu “ev” oyunundan qalib ayrılsa, “dənizçilər”lə arasındakı xal fərqini azaltmış olacaqdı. Oyundan öncə “Kəpəz”in 3, “Səbail”in 7 xalı vardı. Paytaxt təmsilçisi isə Tovuzda qalib gələcəyi halda, 9 xalı olan “Neftçi”ni qabaqlaya bilərdi.
Qarşılaşmanın böyük hissəsi qolsuz keçib. Yalnız son saniyələrdə “Kəpəz” qələbə qolunu vurmaqla vacib 3 xal əldə edib.
Qeyd edək ki, “Kəpəz”ə məğlubiyyət “Səbail”də baş məşqçi dəyişikliyinə səbəb ola bilər. Belə ki, komandasının uğursuz çıxışı fonunda Şahin Diniyevin istefası gündəmdədir. Çempionatın aşkar autsayderinə də məğlubiyyət təcrübəli mütəxəssisin sonunu gətirə bilər.
Premyer Liqa
12-ci tur
3 noyabr
“Kəpəz” – “Səbail” 1:0
Qol: Camal Cəfərov, 90+5.
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Zöhrab Abbasov, Kamran Əliyev.
VAR: Cavid Cəlilov.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Tovuz şəhər stadionu. 16:00.
Kəpəz: 1. Rojerio Santos, 2. İlkin Qırtımov, 11. Orxan Əliyev, 7. Ehtiram Şahverdiyev, 70. Nicat Süleymanov, 5. Rauf Hüseynli, 26. Valdemar Almeyda, 9. Luis Paçu, 78. Yeqor Xvalko (k), 3. Mahamadu Ba, 77. Viktor Braqa.
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 80. Tural Rzayev, 99. Əli Səmədov, 12. Turan Manafov, 8. Elmir Tağıyev, 20. Mahir Həsənov, 21. Camal Cəfərov, 17. Ümid Səmədov, 15. Cavad Kərimov, 10. Kərim Lkuça, 19. Lassana Ndiaye.
Baş məşqçi: Azər Bağırov.
Səbail: 1. Hüseynəli Quliyev, 74. Yusif Nəbiyev (k), 77. Fərid Nəbiyev, 18. Süleyman Əhmədov, 20. Mert Çelik, 11. Rüfət Abdullazadə, 83. Nihad Quliyev, 8. Qorka Larruçea, 44. Amir Bilali, 3. Dmitri Litvin, 14. Suleyman Alluş.
Ehtiyat oyunçular: 12. Əlirza Müştəbazadə, 6. Cabir Əmirli, 15. Vüsal Məsimov, 19. Samir Abdullayev, 17. Gülağa Əsədov, 16. Emin Rüstəmov, 10. David Qomis.
Baş məşqçi: Şahin Diniyev.


