Premyer Liqa: “Səbail” “Kəpəz”i Qəbələdə darmadağın etdi

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 22-ci turunun növbəti oyunu keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə də bir qarşılaşma baş tutub.

Günün yeganə oyunu Qəbələdə keçirilib Məlum səbəblərdən rəqiblərini burada qəbul edən “Kəpəz” bu dəfə “Səbail”lə üz-üzə gəlib.

Son turlarda inamlı təsir bağışlayan “Kəpəz”dən fərqli, “Səbail” dörd oyundur qələbəyə həsrət idi. “Dənizçilər” bu oyunlarda 3 məğlubiyyətə üzülüb, 1 heç-heçə etmişdilər. Gəncəlilər isə son 4 matçdan 2 qələbə, 2 məğlubiyyətlə ayrılmışdılar.

Bu oyunda da hesabı “Kəpəz” açıb. Amma ruhdan düşməyən “Səbail” nəinki buraxılan qolun əvəzini çıxıb, hətta darmadağına imza atıb.

Beləliklə, hazırda “Səbail” 30 xalla 5-ci, “Kəpəz” isə 20 xalla 9-cu pillədə qərarlaşıb.

Premyer Liqa
22-ci tur
12 fevral

“Kəpəz” – “Səbail” 1:4
Qollar: Martins Junior, 29 – Aleksandr Ramalinqom, 45+6-pen. Rüfət Abdullazadə, 51. Süleyman Alluş, 60; 90.
Hakimlər: Nicat İsmayıllı, Eyyub İbrahimov, Asiman Əzizli, Vüqar Həsənli.
Qəbələ şəhər stadionu, 15:00.

Kəpəz: 96. İqor Rodriqes, 29. Amil Yunanov, 7. Ehtiram Şahverdiyev, 14. Elçin Əlicanov, 4. Vüsal Məsimov, 88. Şakir Seyidov, 25. Georgi Papunaşvili, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko (k), 24. Olavale Onanuqa, 21. Martins Junior.
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 18. Elgün Bayramov, 3. Vurğun Hüseynov, 10. Tural Rzayev, 99. Əli Səmədov, 8. Elmir Tağıyev, 47. Ədilxan Qarəhmədov, 33. Camal Cəfərov, 22. Rüfət Əhmədov, 15. Cavad Kərimov, 26. Adama Niane, 91. Latir Fall.
Baş məşqçi: Adil Şükürov.

Səbail: 1. Səlahət Ağayev, 6. Cabir Əmirli (k), 17. Rafael Məhərrəmli, 11. Rüfət Abdullazadə, 88. Valdemar Almeyda, 4. Adi Mehremiç, 77. Ayub Masika, 9. Aleksandr Ramalinqom, 27. Pedro Nuno, 55. Nir Bardea, 7. Madi Keta.
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 5. Adil Nağıyev, 15. Vüqar Həsənov, 8. Bahadur Həziyev, 18. Süleyman Əhmədov, 19. Samir Abdullayev, 3. Silven Deslandes, 44. Yadin Luqasi, 14. Suleyman Alluş.
Baş məşqçi: Şahin Diniyev.