Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 25-ci turunun növbəti oyunları keçirilir.
Arena.az xəbər verir ki, sonuncu oyun gününün ilk qarşılaşması Qəbələdə baş tutub.
Burada çempionatın aşkar autsayderi “Qəbələ” “Səbail”i sınağa çəkib. “Qəbələ” ilə “Səbail” daha öncə 25 oyunda üz-üzə gəlmişdilər. Bu görüşlərdə əyalət təmsilçisi 12, paytaxt klubu 7 qələbə qazanmışdı. 6 qarşılaşmada isə heç-heçə qeydə alınmışdı.
“Səbail” son 7 oyunda bu rəqibinə qol vurmuşdu. Bakı klubu son iki matçda quru hesabla qalib gəlmişdi.
“Qəbələ” son altı çempionat matçında 3 xala həsrət qalmışdı. Komanda bu oyunlarda 1 heç-heçə edib, 5 məğlubiyyətə üzülmüşdü. “Dənizçilər” isə son turda “Sabah”a 2:0 hesabıyla qalib gəlmişdilər.
Bu oyuna “Qəbələ” daha yaxşı başlayıb. Meydan sahibləri ilk yarım saatda 2 qol vurmağa nail olublar. Amma fasilə ərəfəsində Lukas Afriko qırmızı vərəqə almaqla bu komandanı azlıqda qoyub. Bundan maksimum yararlanan “Səsail” ikinci hissədə 3 qol vurmaqla əzmkar qələbəyə sevinib.
Premyer Liqa
25-ci tur
1 mart
“Qəbələ” – “Səbail” 2:3
Qollar: Ürfan Abbasov, 13. Osama Xalayla, 26 – Yusif Nəbiyev, 58. Rüfət Abdullazadə, 65. Nir Bardea, 90+1.
Qırmızı vərəqə: Lukas Afriko, 41.
Hakimlər: Rauf Cabarov, Müslüm Əliyev, Cəmil Quliyev, Kamranbəy Rəhimov.
Qəbələ şəhər stadionu, 16:00.
Qəbələ: 13. Kristof Atanqana, 2. İlkin Qırtımov, 34. Ürfan Abbasov (k), 12. Nicat Əliyev, 7. Emil Səfərov, 20. Bilel Auaşeriya, 4. Lukas Afriko, 3. Zurab Oçiqava, 99. Ahmed Ayzaya, 9. Əyyub Allaş, 72. Osama Xalayla.
Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 28. Murad Musayev, 14. Ülvi İsgəndərov, 5. Rauf Hüseynli, 33. Hüseyn Mürsəlov, 18. Mehrac Baxşalı, 27. Eşqin Əhmədov, 10. Klesio Bauk, 17. Yaovi Akakpo, 8. Gilad Abramov.
Baş məşqçi: Kaxaber Sxadadze.
Səbail: 1. Səlahət Ağayev, 74. Yusif Nəbiyev (k), 17. Rafael Məhərrəmli, 11. Rüfət Abdullazadə, 88. Valdemar Almeyda, 4. Adi Mehremiç, 77. Ayub Masika, 9. Aleksandr Ramalinqom, 27. Pedro Nuno, 55. Nir Bardea, 21. Anas Najah.
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 15. Vüqar Həsənov, 8. Bahadur Həziyev, 18. Süleyman Əhmədov, 19. Samir Abdullayev, 7. Madi Keta, 44. Yadin Luqasi, 14. Suleyman Alluş.
Baş məşqçi: Şahin Diniyev.