Premyer Liqa: “Səbail” “Turan Tovuz”dan səfərdə xal aldı

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024-2025-ci illər mövsümünün 21-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun gününün ilk qarşılaşması Tovuzda baş tutub.

Əvvəlcə “Turan Tovuz” doğma meydanda “Səbail”i sınağa çəkib. Son oyunlarını qələbə ilə başa vurmuş komandalar bu uğurlarının davamını gətirməyə çalışıblar. Amma sonuncu pillədə qərarlaşmış “Səbail”in daha iddialı Tovuz təmsilçisindən səfərdə xal alması o qədər də inandırıcı görünmürdü. Bu oyun qonaqların baş məşqçisi Cavid Hüseynov üçün xüsusi önəm daşıyırdı. Çünki o, paytaxt klubuna məhz Tovuz təmsilçisindən ayrılaraq baş məşqçi təyin olunmuşdu.

Qarşılaşmada hesabı “Turan Tovuz” açıb. Amma ilk hissənin sonlarında meydan sahibləri azlıqda qalıblar. Say üstünlüyündən maksimum yararlanan “Səbail” ikinci hissədə bərabərlik qolunu vurmaqla səfərdən xalla qayıtmağa nail olub.

Bu nəticədən sonra “Turan Tovuz” 36 xalla dördüncü, “Səbail” 16 xalla sonuncudur.

Premyer Liqa
21-ci tur
1 fevral

“Turan Tovuz” – “Səbail” 1:1
Qollar: Alexandro Serrano, 29 – Madi Keta, 82.
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Rəhman İmami, Elvin Bayramov.
VAR: Rauf Allahverdiyev.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Tovuz şəhər stadionu. Saat 16:00.

Turan Tovuz: 41. Sergey Samok, 88. Faiq Hacıyev, 7. İsmayıl Zülfüqarlı, 13. Fərid Yusifli, 77. Veysəl Rzayev, 9. Kristian da Silva (k), 23. Alexandro Serrano, 90. Joarlem Santos, 15. Emmanuel Hakman, 40. Kauan Martins, 21. Aleks Souza.
Ehtiyat oyunçular: 1. İvan Konovalov, 71. Mehman Hacıyev, 39. Sadiq Quliyev, 19. Orxan Əliyev, 10. Xəyal Nəcəfov, 8. Tural Bayramlı, 11. Ayxan Hüseynov, 44. Rüfət Əhmədov, 30. Mircamal Əlizadə, 80. Otto Con, 6. Araş Qaderi, 29. Anton Kraçkovski.
Baş məşqçi: Kurban Berdiyev.

Səbail: 12. Əlirza Müştəbazadə, 96. İlkin Muradov, 74. Yusif Nəbiyev (k), 20. Mert Çelik, 10. David Qomis, 8. Qorka Larruçea, 3. Dmitri Litvin, 99. İnnosent Nşuti, 4. Marko Nikoliç, 7. Madi Keta, 14. Suleyman Alluş.
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev, 25. Nicat Məmmədzadə, 22. Mirabdulla Abbasov, 77. Fərid Nəbiyev, 18. Süleyman Əhmədov, 11. Rüfət Abdullazadə, 83. Nihad Quliyev, 19. Samir Abdullayev, 16. Emin Rüstəmov, 97. Oruc Məmmədov, 88. Hacıəli Şirəliyev, 5. Gitay Sofir.
Baş məşqçi: Cavid Hüseynov.