Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 19-cu turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, üçüncü dövrənin və 19-cu turun ikinci oyun günündə ikinci qarşılaşması Sumqayıtda baş tutub.
Burada “Sumqayıt” çempionatın aşkar autsayderi “Səbail”i qəbul edib. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək oyunda “dənizçilər” sürprizə imza atmağa çalışıblar. Cavid Hüseynovun gəlişindən sonra Premyer Liqada qələbə üzünə həsrət olan paytaxt klubu üçün Sumqayıtdan 1 xalla qayıtmaq da uğur sayılacaqdı. Vaqif Cavadovu baş məşqçi postunda saxlamağa qərar vermiş “Sumqayıt” isə bu oyuna 3 xal gözüylə baxırdı. Lakin gözlənilənlərin əksinə olaraq, “Səbail” səfərdə inamlı qələbə qazanmaqla uğursuz gedişata son qoyub. Cavid Hüseynovla ilk qələbəsinə sevinən “dənizçilər” həm də sonuncu pilləni tərk ediblər. Belə ki, hazırda “Səbail” 12 xalla 9-cu, “Kəpəz” isə 11 xalla sonuncu pillədə qərarlaşıb.
Premyer Liqa
3-cü dövrə, 19-cu tur
18 yanvar
“Sumqayıt” – “Səbail” 0:2
Qollar: Rüfət Abdullazadə, 48; 79.
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Kamran Əliyev.
VAR: Rauf Allahverdiyev.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Ramil Diniyev.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.
Sumqayıt: 1. Mehdi Cənnətov, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 2. Sertan Taşkın, 17. Murad Xaçayev, 30. Kamran Quliyev, 24. Sənan Muradlı, 19. Roi Kehat, 12. Georgi Xaraişvili, 5. Alan Dias, 60. Tresor Mossi.
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 36. Xəyal Fərzullayev, 7. Rövlan Muradov, 8. Səbuhi Abdullazadə, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 66. Ruslan Əliyev, 75. Nadir Orucov, 57. Hüseyn Fərəcli.
Baş məşqçi: Vaqif Cavadov.
Səbail: 12. Əlirza Müştəbazadə, 96. İlkin Muradov, 77. Fərid Nəbiyev, 18. Süleyman Əhmədov, 20. Mert Çelik, 11. Rüfət Abdullazadə (k), 8. Qorka Larruçea, 3. Dmitro Litvin, 4. Marko Nikoliç, 7. Madi Keta, 14. Suleyman Alluş.
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev, 25. Nicat Məmmədzadə, 22. Mirabdulla Abbasov, 83. Nihad Quliyev, 19. Samir Abdullayev, 16. Emin Rüstəmov, 97. Oruc Məmmədov, 88. Hacıəli Şirəliyev, 10. David Qomis, 99. İnnosent Nşuti, 5. Gitay Sofir.
Baş məşqçi: Cavid Hüseynov.