Premyer Liqa: “Səbail”lə “Turan Tovuz” yenə “sülh”ə razılaşdılar

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 28-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun gününün ilk qarşılaşması “Səbail”lə “Turan Tovuz” arasında baş tutub.

“Bayıl Arena”da gerçəkləşən qarşılaşmanı Rəvan Həmzəzadə idarə edib.

Komandaların turnir cədvəlində qonşu olması oyuna olan marağı daha da artırırdı. Belə ki, matçdan öncə “Səbail” 37 xalla 6-cı, “Turan Tovuz” isə 35 xalla 7-ci pillədə qərarlaşmışdı.

Sözügedən kollektivlər bu günə qədər Premyer Liqada 7 dəfə üz-üzə gəlmişdilər. Bu oyunlarda tərəflər hərəyə 2 qələbə qazanmışdılarsa, 3 matç heç-heçə bitmişdi. Top fərqində də bərabərlik vardı – 11:11.

Son 6 görüşdə hər iki komanda qol sevinci yaşamışdı. “Turan Tovuz” bütün qarşılaşmalarda qol vurmuşdu. Bu dəfə də ənənə pozulmayıb. Tərəflər meydanı hərəyə 1 qol və 1 xalla tərk ediblər.

Premyer Liqa
28-ci tur
29 mart

“Səbail” – “Turan Tovuz” 1:1
Qollar: Pedro Nuno, 21 – Fərid Nəbiyev, 45+4-pen.
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Teymur Teymurov, Fərid Hacıyev.
Bakı. “Bayıl Arena”.

Səbail: 1. Səlahət Ağayev, 74. Yusif Nəbiyev (k), 17. Rafael Məhərrəmli, 11. Rüfət Abdullazadə, 88. Valdemar Almeyda, 4. Adi Mehremiç, 9. Aleksandr Ramalinqom, 27. Pedro Nuno, 55. Nir Bardea, 21. Anas Najah, 7. Madi Keta.
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 25. Nicat Məmmədzadə, 6. Cabir Əmirli, 15. Vüqar Həsənov, 18. Süleyman Əhmədov, 19. Samir Abdullayev, 38. Zeynəddin Abdurahmanov, 34. Taleh Qarayev, 16. Emin Rüstəmov, 77. Ayub Masika, 3. Silven Deslandes, 14. Suleyman Alluş.
Baş məşqçi: Şahin Diniyev.

Turan Tovuz: 13. Aydın Bayramov, 10. Xəyal Nəcəfov, 77. Fərid Nəbiyev, 2. İsmayıl Zülfüqarlı, 5. Roderik Miller (k), 23. Alexandro Serrano, 15. Emmanuel Hakman, 7. Luis Paçu, 25. Denis Marandiç, 6. Bruno Qonçalves, 21. Aleks Souza.
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 4. Şəhriyar Əliyev, 14. Slavik Alxasov, 39. Sadiq Quliyev, 88. Faiq Hacıyev, 70. Məzahir Məmmədzadə, 97. Sadiq Şəfiyev, 9. Belaydi Pusi, 80. Otto Con, 11. Ayxan Hüseynov.
Baş məşqçi: Ayxan Abbasov.