Premyer Liqa: “Sabah” 2024-cü ili məğlubiyyətlə bitirdi

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 18-ci turuna yekun vurulacaq.

Arena.az xəbər verir ki, 2024-cü ilin və ikinci dövrənin sonuncu turunun sonuncu oyun gününün ilk qarşılaşması Şamaxıda baş tutub.

“Şamaxı” doğma meydanda “Sabah”la üz-üzə gəlib. Çempionatda 11 oyundur qələbə üzünə həsrət olan Ayxan Abbasovun komandası ilin son oyunundan xal və ya xallarla ayrılmaq arzusundaydı. Amma son turlarda məğlubuyyət tanımayan paytaxt təmsilçisi də Şamaxıdan qələbə ilə qayıtmağı hədəfləmişdi.

Komandalar ilk hissədə hərəyə 1 qol vurublar. Fasilədən sonra daha iki qola imza atan “Şamaxı” böyük sürprizə imza ataraq həm qələbə həsrətinə son qoyub, həm də 2024-cü ili major notlarla başa vurub. Belə ki, komanda xallarının sayını 17-yə çatdıraraq 7-ci pilləyə yüksəlib və qış fasiləsinə daha ümidli yollanıb. Uğurlu seriyası qırılan “Sabah” isə 26 xalla 5-ci sıradadır.

Onu da qeyd edək ki, bu, paytaxt təmsilçisinin yeni baş məşqçisi Vasili Berezutskinin rəhbərliyi altındakı ilk məğlubiyyətidir.

Premyer Liqa
18-ci tur

22 dekabr

“Şamaxı” – “Sabah” 3:1
Qollar: Edqar Adilxanov, 23. Belaydi Pusi, 55. Leroy Mikels, 62 – Pavol Şafranko, 38.
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Əli Əliyev.
VAR: Rəşad Əhmədov.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
Şamaxı şəhər stadionu, 14:00.

Şamaxı: 1. Rikardo Fernandes, 17. Rafael Məhərrəmli, 5. Arsen Ağcabəyov, 6. Rauf Rüstəmli, 82. Rüfət Abbasov, 24. Edqar Adilxanov, 32. Vasili Radenoviç, 20. Leroy Mikels (k), 93. Brahim Konate, 9. Belaydi Pusi, 66. Vasiliye Bakiç.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 62. Abdulla Seydəhmədov, 60. Səbayıl Bağırov, 10. Emin Zamanov, 80. Zahid Mərdanov, 13. Ramin Əhmədov, 22. Qurban Səfərov, 19. Fəxri Məmmədli, 11. Conatan Benteke.
Baş məşqçi: Ayxan Abbasov.

Sabah: 1. Yusif İmanov, 10. Namiq Ələsgərov (k), 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 8. Ayaz Quliyev, 7. Boyan Letiç, 18. Pavol Şafranko, 40. İqor Noqeyra, 70. Jesse Sekidika, 3. Con İrasabal, 11. Kahim Parris.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 94. Rəvan Mirzəmmədov, 4. Elvin Camalov, 2. Amin Seydiyev, 5. Rəhman Daşdəmirov, 77. Şakir Seyidov, 6. Abdulla Xaybulayev, 88. Xəyal Əliyev, 20. Coy Lens Mikels, 44. Sofian Çakla, 12. Vensan Till, 99. Neqoş Kupusoviç.
Baş məşqçi: Vasili Berezutski.