Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 1-ci turunun oyunları keçirilir.
Arena.az xəbər verir ki, sonuncu oyun gününün ilk qarşılaşması Masazırda baş tutub.
Burada “Sabah” “Şamaxı” ilə üz-üzə gələcək. Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edən “bayquşlar” ağır avrokubok matçından sonra ilk çempionat matçından qalib ayrılmaq arzusundaydı. Yenidən elitaya qayıdan “Şamaxı” da Premyer Liqadakı ilk matçından xal və ya xallarla ayrılmağa çalışıb.
Dörd qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib.
Premyer Liqa
1-ci tur
4 avqust
“Sabah” – “Şamaxı” 2:2
Qollar: Namiq Ələsgərov, 16. Xəyal Əliyev, 37 – Rüfət Abbasov, 44. Belayi Pusi, 52.
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Fərid Hacıyev.
“Masazır Arena”, 17:30.
Sabah: 1. Yusif İmanov, 10. Namiq Ələsgərov, 17. Tellur Mütəllimov, 5. Rəhman Daşdəmirov, 77. Şakir Seyidov, 22. Abdulla Rzayev, 88. Xəyal Əliyev, 44. Sofian Çakla, 70. Jesse Sekidika (k), 13. İvan Lepinitsa, 99. Neqoş Kupusoviç.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 94. Rəvan Mirzəmmədov, 4. Elvin Camalov, 2. Amin Seydiyev, 21. İldar Ələkbərov, 33. Camal Cəfərov, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 18. Pavol Şafranko.
Baş məşqçi: Krunoslav Renduliç.
Şamaxı: 1. Rikardo Fernandes, 4. Adil Nağıyev (k), 8. İlkin Muradov, 17. Rafael Məhərrəmli, 6. Rauf Rüstəmli, 82. Rüfət Abbasov, 32. Vasili Radenoviç, 11. Conatan Benteke, 7. Georgi Kantariya, 9. Belaydi Pusi, 66. Vasili Bakiç.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 62. Abdulla Seydəhmədov, 60. Səbayıl Bağırov, 10. Emin Zamanov, 80. Zahid Mərdanov, 5. Arsen Ağcabəyov, 97. Elşad Tağıyev, 22. Qurban Səfərov, 24. Edqar Adilxanov, 19. Fəxri Məmmədli.
Baş məşqçi: Ayxan Abbasov.