Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2022/2023 mövsümünün 33-cü turuna start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış oyununda “Kəpəz” “Sabah”la qarşılaşıb. Məlum səbəblərdən Qəbələ şəhər stadionunda keçirilən oyun qonaqların qələbəsiylə yekunlaşıb. Paytaxt təmsilçisi 3 cavabsız qola sevinib. Nəticədə “Sabah” lider “Qarabağ”la xal fərqini azaldıb. Hazırda “Qarabağ”ın 81, “Sabah”ın isə 77 xalı var.
Sabah daha bir oyun baş tutacaq. “Şamaxı” “Zirə”ni qəbul edəcək. “Turan Tovuz” – “Neftçi” və “Sumqayıt” – “Səbail” matçları mayın 7-də keçiriləcək. Tura mayın 8-də baş tutacaq “Qarabağ” – “Qəbələ” oyunu ilə yekun vurulacaq.
Azərbaycan Premyer Liqası
33-cü tur
5 may
“Kəpəz” – “Sabah” 0:3
Qol: Aleksey Kaşuk, 4. Emmanuel Apeh, 16. Davit Volkov, 83.
Hakimlər: Rəşad Əhmədov, Zeynal Zeynalov, Şirmamed Mamedov, Rövşən Rəcəbov
Qəbələ şəhər stadionu, 18:00.
Kəpəz: 68. Orxan Sadıqlı, 74. Yusif Nəbiyev (k), 14. Elçin Əlicanov, 77. Fərid Nəbiyev, 3. Abdulla Rzayev, 40. Ahmed Ayzaya, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko, 7. Georgi Kantariya, 21. Martins Junior, 19. Abdullahi Şuaybu.
Ehtiyat oyunçular: 71. Mario Mustapiç, 8. Tural Axundov, 80. Tural Rzayev, 70. Nicat Süleymanov, 2. Zamiq Əliyev, 5. İdris İnqilablı, 27. Samir Məhərrəmli, 91. Nizami Səmədov, 20. Mahir Həsənov, 44. Nihat Fərəci, 66. Arzu Atakişiyev, 10. Salif Sisse.
Baş məşqçi: Tərlan Əhmədov.
Sabah: 94. Nicat Mehbalıyev, 4. Elvin Camalov (k), 10. Aleksey İsayev, 9. Anatoli Nuriyev, 2. Amin Seydiyev, 13. Abdulaye Ba, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 99. Emmanuel Apeh, 19. Con İrasabal, 8. Aleksey Kaşuk.
Ehtiyat oyunçular: 12. Yusif İmanov, 16. Rüstəm Samiqullin, 14. Bəxtiyar Həsənalızadə, 17. Tellur Mütəllimov, 29. Ceyhun Nuriyev, 21. İldar Ələkbərov, 33. Camal Cəfərov, 22. Seymur Məmmədov, 15. Kristian da Silva, 11. Kristian Sebalyos, 18. Davit Volkov.
Məşqçi: Artur Olenin.


