Premyer Liqa: “Sabah” – “Qəbələ” matçında dramatik sonluq

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 28-ci tura yekun vurulub. Arena.az xəbər verir ki, turun son matçında “Sabah” avrokuboklara vəsiqə uğrunda əsas rəqiblərdən olan “Qəbələ” ilə üz-üzə gəlib.

Qarşılaşmada hesabı meydan sahibləri açıblar. 9-cu dəqiqədə İlkin Qırtımovun avtoqolu “Sabah”ı hesabda önə keçirib. Amma buna görə ruhdan düşməyən qonaqlar qısa vaxt ərzində nəinki hesabı bərabərləşdiriblər, hətta önə keçiblər. Meydan sahibləri yalnız matçın sonlarında özlərinə gəliblər. 86-cı dəqiqədə hesaba tarazlıq gətirən “Sabah” əlavə vaxtda daha bir top vurmaqla dramatik keçən matçdan çətin qələbəylə ayrılıb.

Xatırladaq ki, daha öncə “Turan Tovuz” evdə “Sumqayıt”a 2:3 hesabıyla uduzub, “Kəpəz” “Səbail”ə 1:0 hesabıyla qalib gəlib. “Zirə” – “Neftçi” matçında isə qalib müəyyənləşməyib – 1:1.
Bu gün baş tutan ilk oyunda isə lider “Qarabağ” səfərdə “Şamaxı”nı tək qolla üstələyib – 1:0.

Azərbaycan Premyer Liqası
28-ci tur
2 aprel

“Sabah” – “Qəbələ” 3:2
Qollar: İlkin Qırtımov, 9-öz qapısına. Coy Lens Mikels, 86. Aleksey Kaşuk, 90+5 – Ülvi İsgəndərov, 21. Feras Abu Akal, 27.
Hakimlər: Cavid Cəlilov, Rahil Ramazanov, Teymur Teymurov, İnqilab Məmmədov.
Masazır. “Bank Respublika Arena”, 18:00.

Sabah: 12. Yusif İmanov, 4. Elvin Camalov (k), 17. Tellur Mütəllimov, 10. Aleksey İsayev, 15. Kristian da Silva, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 3. Zurab Oçiqava, 18. Davit Volkov, 19. Con İrasabal, 8. Aleksey Kaşuk.
Ehtiyat oyunçular: 94. Nicat Mehbalıyev, 16. Rüstəm Samiqullin, 14. Bəxtiyar Həsənalızadə, 77. Namik Ələskərov, 9. Anatoli Nuriyev, 21. İldar Ələkbərov, 33. Camal Cəfərov, 22. Seymur Məmmədov, 13. Abdulaye Ba, 99. Emmanuel Apeh.
Baş məşqçi: Murad Musayev.
Qəbələ: 1. Səlahət Ağayev, 2. İlkin Qırtımov, 27. Məqsəd İsayev, 14. Ülvi İsgəndərov, 7. Rövlan Muradov, 91. Ramon Maçado, 4. Ruan Renato (k), 5. İsnik Alimi, 97. Felipe Santos, 6. Feras Abu Akal, 9. Əyyub Allaş.
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 34. Ürfan Abbasov, 28. Murad Musayev, 33. Hüseyn Mürsəlov, 77. Emil Səfərov, 16. Nicat Əliyev, 17. Yaovi Akakpo, 10. Omar Hani, 8. Andrey Strijak.
Baş məşqçi: Elmar Baxşıyev.