Premyer Liqa: “Sabah” – “Qarabağ” matçı FIFA referisinə əmənat

Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 16-cı turunun bütün təyinatları açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Turun mərkəzi görüşü – “Sabah”la “Qarabağ” arasında baş tutacaq oyun FIFA referisi Elçin Məsiyevə həvalə edilib. Dekabrın 7-də “Masazır Arena”da baş tutacaq bu matça saat 18:00-da start veriləcək.

16-cı tura dekabrın 9-da yekun vurulacaq.

Premyer Liqa
16-cı tur
7 dekabr

15:00. “Səbail” – “Araz-Naxçıvan”
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Müslüm Əliyev, Elvin Bayramov.
VAR: Rəvan Həmzəzadə.
AVAR: İnqilab Məmmədov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
“Bayıl Arena”.

18:00. “Sabah” – “Qarabağ”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Əkbər Əhmədov.
VAR: Əliyar Ağayev.
AVAR: Zeynal Zeynalov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
“Masazır Arena”.

8 dekabr

16:00. “Kəpəz” – “Zirə”
Hakimlər: Tural Qurbanov, Zöhrab Abbasov, Teymur Teymurov, Əli Əliyev.
VAR: Rəşad Əhmədov.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Tovuz şəhər stadionu.

18:00. “Sumqayıt” –“Neftçi”
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Kamran Bayramov, Cavid Cəlilov.
VAR: İnqilab Məmmədov.
AVAR: Namiq Hüseynov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.

9 dekabr

19:00. “Turan Tovuz”– “Şamaxı”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Asiman Əzizli, Rauf Allahverdiyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Şirmamed Mamedov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Tovuz şəhər stadionu.