Futbol üzrə Azərbaycan Premyer Liqasında 2022/2023 mövsümünün 32-ci turunun oyunları keçirilir. Arena.az xəbər verir ki, ilk oyun günündə daha bir qarşılaşma baş tutub.
Günün sonuncu matçında “Sabah” və “Şamaxı” komandaları üz-üzə gəliblər. Meydan sahibləri bu görüşdən minimal hesabla qalib ayrılıblar.
Xatırladaq ki, turun ilk matçında bu gün “Kəpəz” Qəbələdə “Sumqayıt”a məğlub olmuşdu – 0:1. Bu turun “Zirə” – “Turan Tovuz” və “Qəbələ” – “Səbail” oyunları mayın 1-də keçiriləcək. “Neftçi” – “Qarabağ” görüşü isə ayın 2-də baş tutacaq.
Azərbaycan Premyer Liqası
32-ci tur
29 aprel
“Sabah” – “Şamaxı” 1:0
Qol: Aleksey Kaşuk, 7.
Hakimlər: Fərid Hacıyev, Cəmil Quliyev, Teymur Teymurov, Rəvan Həmzəzadə.
Masazır. “Bank Respublika Arena”, 18:30.
Sabah: 12. Yusif İmanov, 14. Bəxtiyar Həsənalızadə, 4. Elvin Camalov (k), 10. Aleksey İsayev, 9. Anatoli Nuriyev, 2. Amin Seydiyev, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 18. Davit Volkov, 19. Con İrasabal, 8. Aleksey Kaşuk.
Ehtiyat oyunçular: 94. Nicat Mehbalıyev, 16. Rüstəm Samiqullin, 17. Tellur Mütəllimov, 29. Ceyhun Nuriyev, 21. İldar Ələkbərov, 33. Camal Cəfərov, 22. Seymur Məmmədov, 15. Kristian da Silva, 11. Kristian Sebalyos, 99. Emmanuel Apeh.
Baş məşqçi: Murad Musayev.
Şamaxı: 1. Rəşad Əzizli (k), 15. Emin Zamanov, 16. Fuad Bayramov, 70. Bahadur Həziyev, 5. Rəhman Daşdəmirov, 2. Rauf Hüseynli, 11. Kamran Quliyev, 83. Nihad Quliyev, 18. Cəlal Hüseynov, 23. Rövşən Şahmuradov, 80. Zahid Mərdanov.
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 12. Əkpər Vəliyev, 10. Elvin Məmmədov, 9. Amil Yunanov, 8. Kamal Mirzəyev, 17. Elçin Rəhimli, 27. İbrahim Aslanlı, 90. Əli Səmədov, 22. Elçin Mustafayev, 4. Arsen Ağcabəyov, 97. Tapdıq Əhmədov, 29. Ramin Əhmədov.
Baş məşqçi: Vüqar Əsgərli.


