Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2022/2023 mövsümünün sonuncu – 36-cı turuna yekun vurulacaq.
Arena.az xəbər verir ki, sonuncu oyun gününə təyin olunmuş matçlardan biri artıq başa çatıb.
Günün ilk matçı bürünc və gümüş medalçılar – “Neftçi” ilə “Sabah” arasında baş tutub. “Ağ-qaralar”ın meydanında keçirilən oyun elə “Neftçi”nin qələbəsiylə yekunlaşıb. Beləcə, “Sabah” uğurlu keçirdiyi mövsümü məğlubiyyətlə bitirməli olub.
Mövsümün qapanış matçında isə çempionluğu təmin etmiş “Qarabağ” “Turan Tovuz”u qəbul edəcək. Bu oyun saat 19:30-da start götürəcək.
Xatırladaq ki, ilk oyun günündə “Qəbələ” evdə “Kəpəz”lə heç-heçəyə razılaşmışdı – 1:1. “Zirə” səfərdə “Sumqayıt”a 3:0, “Səbail” də evdə “Şamaxı”ya 1:0 hesabıyla qalib gəlmişdi.
Azərbaycan Premyer Liqası
36-cı tur
28 may
“Neftçi” – “Sabah” 1:0
Qol: Emin Mahmudov, 10.
Matçın 60-cı dəqiqədində Aleksey Kaşuk penaltidən yararlana bilməyib (dirək).
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Eyyub İbrahimov, Fəridə Lütfəliyeva.
Bakı. “Bakcell Arena”, 17:00.
Neftçi: 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 14. Eddi İsrafilov, 26. Ömər Buludov, 21. İsmayıl Zülfüqarlı, 6. Voyislav Stankoviç, 4. Solomon Kvirkveliya, 5. Kenni Sayef, 23. Ataa Caber, 22. Kilan Lebon, 9. Mateus Saldanya.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 17. Rəhman Hacıyev, 2. Mert Çelik, 27. Fərid Yusifli, 84. Hüseyn Babayev, 41. Samir Həsənov, 91. Ağadadaş Salyanski, 10. Sezar Meza Kolli, 77. Yeqor Boqomolski.
Baş məşqçi: Laurentsiu Regekampf.
Sabah: 16. Rüstəm Samiqullin, 14. Bəxtiyar Həsənalızadə, 4. Elvin Camalov (k), 17. Tellur Mütəllimov, 10. Aleksey İsayev, 2. Amin Seydiyev, 15. Kristian da Silva, 13. Abdulaye Ba, 20. Coy Lens Mikels, 18. Davit Volkov, 8. Aleksey Kaşuk.
Ehtiyat oyunçular: 94. Nicat Mehbalıyev, 12. Yusif İmanov, 77. Namik Ələskərov, 29. Ceyhun Nuriyev, 21. İldar Ələkbərov, 33. Camal Cəfərov, 22. Seymur Məmmədov, 99. Emmanuel Apeh, 19. Con İrasabal.
Baş məşqçi: Murad Musayev.