Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 27-ci turuna yekun vurulub.
Arena.az xəbər verir ki, turun qapanış matçında “Sumqayıt” “Sabah”ı qəbul edib.
Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan komandaların turnir cədvəlində qonşu olması oyuna marağı daha da artırırdı. “Sumqayıt” bu oyundan öncə 39 xalla 4-cü, “Sabah” 37 xalla 5-ci idi. 6 xallıq oyunda qalib gələn tərəf bir neçə pillə irəliləmiş olacaqdı.
“Sumqayıt”la “Sabah” bu günə qədər 21 oyunda qarşılaşmışdılar. Bu görüşlərdə sumqayıtlıların 7, “bayquşlar”ın 11 qələbəsi vardı, 3 oyunda isə qalib müəyyənləşməmişdi. “Sumqayıt”ın son 6 ev matçında qol vuran komanda qalib gəlirdi.
Bu görüşdə isə qapılara 3 qol vurulub. Yekunda səfər matçından qalib ayrılan “Sabah” xallarının sayını 40-a çatdıraraq 2-ci pilləyə yüksəlib.
Premyer Liqa
27-ci tur
17 mart
“Sumqayıt” – “Sabah” 1:2
Qollar: Erik Sorqa, 84 – Anatoli Nuriyev, 25. Murad Xaçayev, 62-öz qapısına.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Cabbarov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:00.
Sumqayıt: 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 21. Nihad Əhmədzadə, 19. Roi Kehat, 11. Kazimir Ninqa, 58. Oktavio Manteka, 12. Abu Dosso, 60. Tresor Mossi.
Ehtiyat oyunçular: 32. Murad Ağamalıyev, 36. Xəyal Fərzullayev, 6. Vüqar Mustafayev, 20. Ayxan Süleymanlı, 10. Kamran Əliyev, 9. Erik Sorqa, 71. Masaki Murata, 23. Cordan Rezabala.
Baş məşqçi: Samir Abasov.
Sabah: 55. Nicat Mehbalıyev, 4. Elvin Camalov (k), 9. Anatoli Nuriyev, 8. Ayaz Quliyev, 2. Amin Seydiyev, 5. Rəhman Daşdəmirov, 7. Boyan Letiç, 44. Sofian Çakla, 18. Davit Volkov, 70. Jesse Sekidika, 28. Kahim Parris.
Ehtiyat oyunçular: 1. Yusif İmanov, 16. Rüstəm Samiqullin, 17. Tellur Mütəllimov, 6. Abdulla Xaybulayev, 40. Rauf Rüstəmli, 88. Xəyal Əliyev, 53. Fəxri Məmmədli, 24. Maruan Hadudi, 14. İshak Belfodil, 19. Emmanuel Apeh, 27. Jarl Marqarita.
Baş məşqçi: Krunoslav Renduliç.