Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 12-ci turuna yekun vurulub.
Arena.az xəbər verir ki, turun qapanış matçında “Sumqayıt” “Sabah”ı qəbul edib.
Paytaxt təmsilçisi bu oyundan öncə 17 xalla 5-ci sırada qərarlaşmışdısa, sumqayıtlılar 10 xalla 7-ci idilər. Ardıcıl 4 oyundur (3 heç-heçə, 1 məğlubiyyət) qələbə qazana bilməyən Krunoslav Renduliçin “bayquşlar”ı uğursuz gedişata Sumqayıtda son qoymağa çalışıblar. Ötən tur “Səbail”ə qalib gəlmiş Vaqif Cavadovlu “Sumqayıt” isə bu uğurun davamını gətirmək arzusundaydı.
Görüşün yekununda qələbəni məhz sumqayıtlılar bayram ediblər. Meydan sahibləri son dəqiqə qolu ilə 3 xalı bayram ediblər.
Premyer Liqa
12-ci tur
3 noyabr
“Sumqayıt” – “Sabah” 1:0
Qol: Roi Kehat, 90+4.
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əkbər Əhmədov.
VAR: İnqilab Məmmədov.
AVAR: Namik Hüseynov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu. 19:00.
Sumqayıt: 1. Mehdi Cənnətov, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 30. Kamran Quliyev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 95. Miloş Miloviç, 99. Silvanus Nimeli, 23. Cordan Rezabala.
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 36. Xəyal Fərzullayev, 10. Rəhim Sadıxov, 2. Sertan Taşkın, 20. Ayxan Süleymanlı, 21. Nihat Əhmədzadə, 24. Sənan Muradlı, 11. Fernando Da Silva, 12. Georgi Xaraişvili, 9. Nikola Vuynoviç, 5. Alan Dias, 77. Cəsurbek Cəloliddinov.
Baş məşqçi: Vaqif Cavadov.
Sabah: 55. Nicat Mehbalıyev, 2. Amin Seydiyev (k), 77. Şakir Seyidov, 6. Abdulla Xaybulayev, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 18. Pavol Şafranko, 40. İqor Noqeyra, 70. Jesse Sekidika, 3. Con İrasabal, 11. Kahim Parris.
Ehtiyat oyunçular: 1. Yusif İmanov, 94. Rəvan Mirzəmmədov, 10. Namiq Ələsgərov, 4. Elvin Camalaov, 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 5. Rəhman Daşdəmirov, 22. Abdulla Rzayev, 88. Xəyal Əliyev, 44. Sofian Çakla, 99. Neqoş Kupusoviç.
Baş məşqçi: Krunoslav Renduliç.


