Premyer Liqa: “Sabah”a Qəbələdə ağır zərbə

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 34-cü turunun oyunlarına yekun vurulacaq.

Arena.az xəbər verir ki, artıq sonuncu oyun gününün ilk qarşılaşması başa çatıb.

Günün ilk oyunu Qəbələdə baş tutub. Çempionatın aşkar autsayderi, elitanı tərk edəcəyi dəqiqləşən “Qəbələ” doğma meydanda avrokuboklara vəsiqə uğrunda mübarizə aparan “Sabah”la üz-üzə gəlib. Ardıcıl dörd oyun idi qalib gələn, bu oyundan öncə 52 xalla 4-cü pillədə yer almış paytaxt təmsilçisi bu oyundan da 3 xalla ayrılmağı hədəfləmişdi.

Uzun müddətdən sonra ötən tur “Səbail”lə oyunda qələbə sevinci yaşamış “Qəbələ” isə bu dəfə eyni aqibəti “Sabah”a yaşatmaq arzusundaydı. Qarşılaşma məhz əyalət təmsilçisinin gözlənilməz qələbəsiylə yekunlaşıb. Paytaxt klubu səfərdə 2 cavabsız qolla uduzub.

Premyer Liqa
34-cü tur
12 may

“Qəbələ” – “Sabah” 2:0
Qollar: Əyyub Allaş, 33. Klesio Bauk, 45+1.
Qırmızı vərəqə: Davit Volkov, 65.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rəşad Əhmədov.
Qəbələ şəhər stadionu, 17:00.

Qəbələ: 1. Rəşad Əzizli, 34. Ürfan Abbasov (k), 28. Murad Musayev, 7. Emil Səfərov, 25. İbrahim Ramazanov, 27. Eşqin Əhmədov, 10. Klesio Bauk, 3. Zurab Oçiqava, 99. Ahmed Ayzaya, 9. Əyyub Allaş, 72. Osama Xalayla.
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 2. İlkin Qırtımov, 5. Rauf Hüseynli, 12. Nicat Əliyev, 97. Emil Süleymanov, 30. Şahin Şahniyarov, 20. Bilel Auaşeriya, 4. Lukas Afriko, 19. Samuel Tetteh, 17. Yaovi Akakpo.
Baş məşqçi: Kaxaber Sxadadze.

Sabah: 1. Yusif İmanov, 17. Tellur Mütəllimov, 8. Ayaz Quliyev (k), 88. Xəyal Əliyev, 15. Kristian da Silva, 7. Boyan Letiç, 44. Sofian Çakla, 70. Jesse Sekidika, 19. Emmanuel Apeh, 3. Con İrasabal, 28. Kahim Parris.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 16. Rüstəm Samiqullin, 10. Namiq Ələsgərov, 5. Rəhman Daşdəmirov, 6. Abdulla Xaybulayev, 40. Rauf Rüstəmli, 53. Fəxri Məmmədli, 24. Maruan Hadudi, 18. Davit Volkov, 90. Oluvaseun Timilehin.
Baş məşqçi: Krunoslav Renduliç.