Premyer Liqa: “Sabah”dan “Kəpəz” üzərində əzmkar qələbə

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 23-cü turuna start verilib.

Arena.az xəbər verir ki, turun açılış matçı Masazırda keçirilib.

Burada uğursuz mövsüm keçirən “Sabah” turnir cədvəlindəki qonşusu “Kəpəz”i sınağa çəkib.

Sözügedən komandalar bu günə qədər 6 oyunda üz-üzə gəlmişdilər. Gəncə təmsilçisi indiyə qədər bu rəqibinə qalib gələ bilməmişdi. 2 oyun heç-heçə bitmişdisə, qalan 4 görüş “Sabah”ın xeyrinə yekunlaşmışdı. “Sabah” bu rəqibinə hər oyunda 2 və ya daha çox qol vurmuşdu.

Elə bu oyunda da ənənə pozulmayıb. Düzdür, hesabı 6-cı dəqiqədə Gəncə təmsilçisi açıb. Amma qalan dəqiqələrdə paytaxt təmsilçisi əzmkar qələbə qazanmağı bacarıb.

Bu nəticədən sonra “Sabah” 31 xalla 5-ci pilləyə qədər irəliləyib. Gəncə klubu isə 20 xalla 9-cu sırada qalıb.

İlk oyun gününün digər görüşü “Səbail”lə “Araz-Naxçıvan” arasında baş tutacaq. Bu oyuna saat 18:30-da start veriləcək.

Premyer Liqa
23-cü tur
17 fevral

“Sabah” – “Kəpəz” 3:2
Qollar: Kahim Parris, 38. Jesse Sekidika, 55. Kristian da Silva, 79 – Martins Junior, 6. Amil Yunanov, 84.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Nicat İsmayıllı.
“Bank Respublika Arena”.

Sabah: 1. Yusif İmanov, 4. Elvin Camalov (k), 2. Amin Seydiyev, 5. Rəhman Daşdəmirov, 88. Xəyal Əliyev, 15. Kristian da Silva, 14. İshak Belfodil, 7. Boyan Letiç, 44. Sofian Çakla, 70. Cesse Sekidika, 28. Kahim Parris.
Ehtiyat oyunçular: 75. Emil Həbibov, 76. Süleyman Həsənov, 10. Namiq Ələsgərov, 17. Tellur Mütəllimov, 6. Abdulax Xaybulayev, 40. Rauf Rüstəmli, 25. Hüseyn Məmmədzadə, 53. Fəxri Məmmədli, 24. Maruan Hadudi, 18. Davit Volkov, 19. Emmanuel Apeh, 3. Con İrasabal.
Məşqçi: Ruslan Qafitullin.

Kəpəz: 96. İqor Rodriqes, 29. Amil Yunanov, 7. Ehtiram Şahverdiyev, 14. Elçin Əlicanov, 88. Şakir Seyidov, 91. Latir Fal, 25. Georgi Papunaşvili, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko (k), 24. Olavale Onanuqa, 21. Martins Junior.
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 18. Elgün Bayramov, 10. Tural Rzayev, 99. Əli Səmədov, 4. Vüsal Məsimov, 8. Elmir Tağıyev, 47. Ədilxan Qarəhmədov, 33. Camal Cəfərov, 22. Rüfət Əhmədov, 15. Cavad Kərimov, 26. Adama Niane.
Baş məşqçi: Adil Şükürov.