Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 31-ci turunun sonuncu oyunları keçiriləcək.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutacaq.
Günün ilk matçı Tovuzda keçiriləcək. Rəqiblərini məlum səbəblərdən burada qəbul edən “Kəpəz” bu dəfə “Sabah”la üz-üzə gələcək. Gəncə təmsilçisi elitadakı yerini qorumaq üçün xal və ya xallar qazanmaq istəyirsə, “Sabah” avrokuboklara vəsiqə yolunda qələbə qazanmağı hədəfləyib. Gəncə təmsilçisi 31 xalla 9-cu, paytaxt klubu isə 43 xalla 5-ci sırada qərarlaşıb.
“Kəpəz”lə “Sabah” bu günə qədər 7 oyun keçiriblər. “Kəpəz” bu rəqibi ilə oyunlarda heç vaxt qələbə qazanmayıb. Digər oyunlarda 2 heç-heçə qeydə alınıbsa, 5 görüş də “Sabah”ın qələbəsiylə yekunlaşıb. Son iki matçda qalib gələn “Sabah” bütün oyunlarda 2 və ya daha çox qol vurub.
Turun qapanış matçında isə “Araz-Naxçıvan” və “Səbail” komandaları üz-üzə gələcəklər. Turnir cədvəlində qonşu olan bu komandalar son turlarda uğursuz nəticələri ilə diqqət çəkirlər. “Səbail” hazırda 39 xalla 7-ci, “Araz-Naxçıvan” isə 32 xala 8-ci sırada qərarlaşıb.
“Araz-Naxçıvan” “Səbail”ə qarşı keçirdiyi 3 oyunda heç vaxt qələbə qazana bilməyib. Digər oyunlarda 2 heç-heçə qeydə alınıbsa, biri “Səbail”in qələbəsiylə yekunlaşıb. “Səbail” bütün matçlarda qol vurub.
Premyer Liqa
31-ci tur
19 aprel
“Turan Tovuz” – “Sumqayıt” 1:4
Qollar: Otto Con, 51-pen – Şəhriyar Əliyev, 16-öz qapısına. Erik Sorqa, 24. Səbuhi Abdullazadə, 88. Cordan Rezabala, 90+5.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Allahverdiyev.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Anar Şixəliyev.
Tovuz şəhər stadionu, 16:30.
20 aprel
“Qarabağ” – “Qəbələ” 2:2
Qollar: Yassin Benzya, 66; Abdullah Zubir, 71 – Bilel Auaşeriya, 19. Yaovi Akakpo, 84.
Hakimlər: Fərid Hacıyev, Pərvin Talıbov, Rəhman İmami, Kamranbəy Rəhimov.
Hakim-inspektor: Barış Şimşek.
AFFA nümayəndəsi: Asif Əliyev.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 16:30.
“Zirə” – “Neftçi” 3:1
Qollar: Rəhim Sadıxov, 43. Fuad Bayramov, 79. Vladislav Kulaç, 84 – Emin Mahmudov, 19-pen.
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Kamal Umudlu.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: İlham Əliyev.
Zirə İdman Kompleksinin stadionu, 19:00.
21 aprel
“Kəpəz” – “Sabah”
Hakimlər: Rauf Cabbarov, Elşad Abdullayev, Teymur Teymurov, Əli Əliyev.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Tovuz şəhər stadionu, 16:30.
“Araz-Naxçıvan” – “Səbail”
Hakimlər: Tural Qurbanov, Müslüm Əliyev, Kamran Bayramov, Nicat İsmayıllı.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Mərdəkan. “Dalğa Arena” 19:00.