Premyer Liqa: Son turun hakim təyinatları açıqlandı

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2021/22 mövsümünün son turunun bütün təyinatları açıqlanıb. Arena.az xəbər verir ki, 28-ci turun bütün görüşləri mayın 21-də keçiriləcək.

Turun mərkəzi matçı olan “Qarabağ” – “Neftçi” oyununu Fərid Hacıyev idarə edəcək. “Zirə” – “Şamaxı” oyunu Rauf Allahverdiyevə, “Qəbələ” – “Sabah” matçı Əliyar Ağayevə tapşırılıb.
“Sumqayıt” – “Səbail” görüşündə də Rəvan Həmzəzadə baş hakim olacaq.

Azərbaycan Premyer Liqası
28-ci tur
21 may

“Zirə” – “Şamaxı”
Hakimlər: Rauf Allahverdiyev, Pərvin Talıbov, Cavanşir Yusifov, Vüqar Həsənli.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Zirə İdman Kompleksinin stadionu, 17:00.

“Qəbələ” – “Sabah”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rövşən Rəcəbov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Qəbələ şəhər stadionu, 17:00.

“Sumqayıt” – “Səbail”
Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Rahil Ramazanov, Tural Qurbanov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Sumqayıt. “Kapital Bank Arena”, 19:00.

“Qarabağ” – “Neftçi”
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Müslüm Əliyev, Kamranbəy Rəhimov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Bakı. “Azersun Arena”, 19:30.