Premyer Liqa: “Sumqayıt” ardıcıl 4-cü məğlubiyyətə üzüldü

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 7-ci turuna yekun vurulub.

Arena.az xəbər verir ki, turun son matçında “Sumqayıt” “Zirə” ilə üz-üzə gəlib.

Son üç oyunda xala həsrət qalmış Samir Abasovun komandası bu oyuna dönüş nöqtəsi gözü ilə baxırdı. Amma “Zirə” də səfərdən xal və ya xallarla qayıtmaq arzusundaydı.

“Sumqayıt”la “Zirə” bu günə qədər çempionatda 35 oyunda üz-üzə gəlmişdilər. Sumqayıtlılar bu oyunlarda cəmi 6, zirəlilər isə 18 qələbəni bayram etmişdilər, 11 görüş bərabərliklə yekunlaşmışdı. Komandaların son üç görüşündə qol vurulmamışdı. “Zirə” 15 oyundur “Sumqayıt”a uduzmurdu.

Bugünkü görüş də “Sumqayıt” üçün uğursuz alınıb. Zirəlilər səfərdə inamlı qələbəyə seviniblər.

Premyer Liqa
7-ci tur
22 sentyabr

“Sumqayıt” – “Zirə” 0:2
Qollar: Rafael Utziq, 22-pen; 69.
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Əkbər Əhmədov.
VAR: Rəşad Əhmədov.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu. 20:30.

Sumqayıt: 1. Mehdi Cənnətov, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 10. Rəhim Sadıxov, 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 21. Nihat Əhmədzadə, 19. Roi Kehat, 99. Silvanus Nimeli, 60. Tresor Mossi.
Ehtiyat oyunçular: 36. Xəyal Fərzullayev, 13. Ayxan Qocayev, 2. Sertan Taşkın, 30. Kamran Quliyev, 24. Sənan Muradlı, 11. Fernando Da Silva, 12. Georgi Xaraişvili, 9. Nikola Vuynoviç, 5. Alan Dias, 18. Kristian Velinovski, 23. Cordan Rezabala.
Baş məşqçi: Samir Abasov.

Zirə: 13. Aydın Bayramov, 7. Məqsəd İsayev, 32. Qismət Alıyev (k), 29. Ceyhun Nuriyev, 4. Ruan Renato, 90. Davit Volkov, 23. Rafael Utziq, 3. Ange Mutsinzi, 15. Pyer Zebli, 6. Eldar Quliyev, 19. Salifu Suma.
Ehtiyat oyunçular: 97. Tyaqo Silva, 41. Anar Nəzirov, 99. Səlim Həşimov, 21. Hacıağa Hacılı, 8. İsmayıl İbrahimli, 16. Fuad Bayramov, 14. Elçin Əlicanov, 11. Rüstəm Əhmədzadə, 22. İldar Ələkbərov, 5. Stefan Akka, 28. Abbas İbrahim.
Baş məşqçi: Rəşad Sadıqov.