Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 10-cu turuna yekun vurulacaq.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutacaq.
Turun mərkəzi oyununda “Zirə” doğma meydanda “Sabah”la üz-üzə gələcək. Bu, sözügedən komandaların milli çempionatda 25-ci görüşü olacaq. Əvvəlki 24 oyunda “qartallar”ın 8, “bayquşlar”ın 10 qələbəsi var. 6 oyun da heç-heçə bitib. Son 8 oyunda qol vuran qalib gəlir. Son 4 matçda qonaq olan komanda qələbə qazanıb.
10-cu turun sonuncu görüşü “Sumqayıt”la “Turan Tovuz” arasında keçiriləcək. Tərəflər 10-cu dəfə qarşılaşacaqlar. Əvvəlki 9 oyunda sumqayıtlılar 3, tovuzlular 2 qələbə qazanıblar, 4 qarşılaşma bərabərliklə yekunlaşıb. “Sumqayıt” bu rəqibinə evdə uduzmayıb. “Turan Tovuz” son iki qarşılaşmada qol vurub.
Premyer Liqa
10-cu tur
18 oktyabr
“Kəpəz” – “Qarabağ” 0:5
Qollar: Emmanuel Addai, 17. Aleksey İsayev, 51. Leandro Andrade, 52. Toral Bayramov, 67. Aleksey Kaşuk, 78.
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Asiman Əzizli, Əkbər Əhmədov.
VAR: Kamal Umudlu.
AVAR: Şirmamed Mamedov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Tovuz şəhər stadionu. 18:00.
19 oktyabr
“Şamaxı” – “Araz-Naxçıvan” 0:1
Qol: Felipe Santos, 73.
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Teymur Teymurov, Kamran Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Akif Əmirəli.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Şamaxı şəhər stadionu. 15:30.
“Neftçi” – “Səbail” 3:1
Qollar: Ramil Şeydayev, 45+3. Dembo Darbo, 58; 67 – Samir Abdullayev, 90+3.
Hakimlər: Rauf Cabarov, Eyyub İbrahimov, Rəhman İmami, Tural Qurbanov.
VAR: Əliyar Ağayev.
AVAR: Zeynal Zeynalov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Bakı. “Neftçi Arena”. 18:00.
20 oktyabr
“Zirə” – “Sabah”
Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Zöhrab Abbasov, Əli Əliyev.
VAR: Elçin Məsiyev.
AVAR: Pərvin Talıbov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Zirə Olimpiya İdman Kompleksi. 17:30.
“Sumqayıt” – “Turan Tovuz”
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Rauf Allahverdiyev.
VAR: Cavid Cəlilov.
AVAR: Müslüm Əliyev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu. 20:00.


