Premyer Liqa: “Sumqayıt” “Səbail”ə də qalib gəldi

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 34-cü turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, turun son matçı “Sumqayıt”la “Səbail” arasında baş tutub.

Bu oyundan öncə 51 xalla 5-ci sırada yer almış Sumqayıtın eyniadlı təmsilçisi qalib gələcəyi halda 2-ci pilləyə yüksələcəkdi.

Avrokuboklara vəsiqə şansını ötən tur itirən “dənizçilər” isə son 2 turda məğlub olduğu üçün iddialı rəqibi ilə səfər matçında uğursuz gedişata son qoymaq arzusundaydı.

Üç qolun qeydə alındığı matçın yekununda qələbəni “Sumqayıt” bayram edib. Nəticədə, sumqayıtlılar turu 2-ci pillədə başa vurublar.

Daha öncə “Neftçi” “Kəpəz”ə (5:1), “Turan Tovuz” “Araz-Naxçıvan”a (1:0), “Qarabağ” “Zirə”yə (1:0), “Qəbələ” isə “Sabah”a (2:0) qalib gəlmişdi.

Premyer Liqa
34-cü tur
12 may

“Sumqayıt” – “Səbail” 2:0
Qollar: Kazimir Ninqa, 41-pen; 45 – Aleksandr Ramalinqom, 90+4.
Hakimlər: Rəvan Həmzəzadə, Kamran Bayramov, Şirmamed Mamedov, Kamal Umudlu.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:30.

Sumqayıt: 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 11. Kazimir Ninqa, 58. Oktavio Manteka, 12. Abu Dosso, 4. İsa Suliman, 71. Masaki Murata.
Ehtiyat oyunçular: 36. Xəyal Fərzullayev, 32. Murad Ağamalıyev, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 10. Kamran Əliyev, 9. Erik Sorqa, 60. Tresor Mossi.
Baş məşqçi: Samir Abasov.

Səbail: 1. Səlahət Ağayev, 5. Adil Nağıyev (k), 11. Rüfət Abdullazadə, 19. Samir Abdullayev, 88. Valdemar Almeyda, 4. Adi Mehremiç, 27. Pedro Nuno, 55. Nir Bardea, 3. Silven Deslandes, 21. Anas Najah, 7. Madi Keta.
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 10. Ağabala Ramazanov, 6. Cabir Əmirli, 74. Yusif Nəbiyev, 15. Vüqar Həsənov, 8. Bahadur Həziyev, 17. Rafael Məhərrəmli, 18. Süleyman Əhmədov, 77. Ayub Masika, 9. Aleksandr Ramalinqom, 14. Suleyman Alluş.
Baş məşqçi: Şahin Diniyev.