Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 2-ci turuna yekun vurulacaq.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha iki qarşılaşma baş tutacaq.
Günün ilk oyunu Tovuzda baş tutacaq. Burada “Turan Tovuz” “Sumqayıt”la münasibətlərinə aydınlıq gətirəcək. Tovuzlular ilk turda “Neftçi” ilə səfərdə bərabərə qalıblarsa (0:0), sumqayıtlılar evdə “Kəpəz”i 2:0 hesabıyla üstələyiblər.
“Turan Tovuz”la “Sumqayıt”ın Premyer Liqada daha öncə keçirilmiş 8 oyununda tovuzluların cəmi 1, sumqayıtlıların 3 qələbəsi var. Qalan 4 oyunda sülh qeydə alınıb. “Sumqayıt” 6 qarşılaşmadır bu rəqibinə uduzmur. “Turan Tovuz” bütün ev görüşlərində qol vurub.
Turun qapanış matçında isə Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edən iki komanda – “Sabah” və “Zirə” üz-üzə gələcək. “Bayquşlar” mövsümə xal itkisi (“Şamaxı” ilə 2:2) ilə başlayıblarsa, “qartallar” startda darmadağına (“Səbail” üzərində 4:1) seviniblər.
“Sabah” və “Zirə” ölkə çempionatı çərçivəsində bu günə qədər 23 oyunda qarşılaşıblar. Bu oyunlar “Sabah”ın 10, “Zirə”nin 7 qələbəsi qeydə alınıb, 6 görüş bərabərliklə yekunlaşıb. Son 7 oyunda qol vuran qalib gəlir. “Sabah” evdəki son üç görüşdə qol vurmayıb.
Premyer Liqa
2-ci tur
9 avqust
“Qarabağ” – “Kəpəz” 3:0
Qollar: Riçard Almeyda, 48. Abdullah Zubir, 72. Olavio Juninyo, 84.
Hakimlər: Rauf Allahverdiyev, Namiq Hüseynov, Teymur Teymurov, Elvin Bayramov.
VAR: Elçin Məsiyev.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Bakı. “Azərsun Arena”, 20:00.
10 avqust
“Araz-Naxçıvan” – “Şamaxı” 1:0
Qol: Ramon Maçado, 60.
Hakimlər: Fərid Hacıyev, Zöhrab Abbasov, Eyyub İbrahimov, Kamranbəy Rəhimov.
VAR: Cavid Cəlilov.
AVAR: Rəhman İmami.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: İlham Əliyev.
Mərdəkan. “Dalğa Arena”, 18:45.
“Səbail” – “Neftçi” 1:1
Qollar: Dmitri Litvin, 48 – Yuri Matias, 24.
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Kamran Bayramov, Kamran Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Nəriman Axundov.
“Bayıl Arena”, 21:00.
11 avqust
“Turan Tovuz” – “Sumqayıt”
Hakimlər: Tural Qurbanov, Müslüm Əliyev, Rahil Ramazanov, Rəvan Həmzəzadə.
VAR: Rəşad Əhmədov.
AVAR: Şirmamed Mamedov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Tovuz şəhər stadionu, 18:45.
“Sabah” – “Zirə”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev.
VAR: İnqilab Məmmədov.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
“Masazır Arena”, 21:00.