Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 15-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun gününün ikinci qarşılaşması Zirədə baş tutub.
Burada işləri qaydasında getməyən “Zirə” “Sumqayıt”ı qəbul edib. Rəşad Sadıqovun komandası son üç turda ardıcıl məğlubiyyətlərə üzülmüşdü. Bu üzdən zirəlilər doğma meydanda uğursuz gedişata son qoymaq istəyirdilər. Müvəqqəti baş məşqçi Vaqif Cavadovun rəhbərliyi altında yaxşı nəticələr qazanan “Sumqayıt” isə səfərdən ən azı 1 xalla qayıtmaq arzusundaydı.
Bu komandaların qarşılaşması məhsuldar alınıb. Yekunda qələbəni meydan sahibləri bayram ediblər.
Premyer Liqa
15-ci tur
30 noyabr
“Zirə” – “Sumqayıt” 4:1
Qollar: Davit Volkov, 8; 66; 76. Georgi Papunaşvili, 55 – Nikola Vuynoviç, 36.
Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Rəhman İmami, Elvin Bayramov.
VAR: Nicat İsmayıllı.
AVAR: Asiman Əzizli.
Hakim-inspektor: Ceyhun Haşımov.
Zirə İdman Kompleksinin stadionu.
Zirə: 13. Aydın Bayramov, 8. İsmayıl İbrahimli, 14. Elçin Əlicanov, 22. İldar Ələkbərov, 4. Ruan Renato (k), 90. Davit Volkov, 10. Georgi Papunaşvili, 70. İssa Cibrilla, 23. Rafael Utziq, 17. Ayron Qomis, 19. Salifu Suma.
Ehtiyat oyunçular: 97. Tyaqo Silva, 41. Anar Nəzirov, 21. Hacıağa Hacılı, 16. Fuad Bayramov, 29. Ceyhun Nuriyev, 5. Stefan Akka, 3. Ange Mutsinzi, 15. Pyer Zebli, 28. Abbas İbrahim, 24. Yusuf Laval, 18. Junior Martins, 6. Eldar Quliyev.
Baş məşqçi: Rəşad Sadıqov.
Sumqayıt: 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 10. Rəhim Sadıxov, 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 30. Kamran Quliyev, 8. Səbuhi Abdullazadə, 20. Ayxan Süleymanlı, 19. Roi Kehat, 95. Miloş Miloviç, 9. Nikola Vuynoviç.
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 36. Xəyal Fərzullayev, 6. Vüqar Mustafayev, 2. Sertan Taşkın, 41. Uğur Cahangirov, 21. Nihad Əhmədzadə, 24. Sənan Muradlı, 5. Alan Dias, 18. Kristian Velinovski, 60. Tresor Mossi, 77. Cəsurbek Cəloliddinov.
Baş məşqçi: Vaqif Cavadov.