Premyer Liqa: “Sumqayıt”dan Şamaxıda əzmkar qələbə

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 13-cü turuna yekun vurulacaq.

Arena.az xəbər verir ki, sonuncu oyun gününün ilk qarşılaşması Şamaxıda baş tutub.

“Şamaxı” doğma meydanda “Sumqayıt”la qarşılaşıb. Şamaxı şəhər stadionunda keçirilmiş oyunu Tural Qurbanov idarə edib.

Ötən tur “Qarabağ”a uduzmuş “Sumqayıt” Şamaxıda həmin yenilgini unutdurmağı hədəfləmişdi. Saşa İliçin komandası bu oyundan öncə 20 xalla 5-ci pillədə qərarlaşmışdı. Son iki turda 4 xal qazanmış “Şamaxı” isə 14 xalla 9-cu idi. Əyalət təmsilçisi doğma meydanda uğurlu seriyanı davam etdirmək arzusundaydı.

Qarşılaşmada hesabı da “Şamaxı” açıb. Amma son dəqiqələrdə ardıcıl iki qol vurmağa nail olan “Sumqayıt” yekunda əzmkar qələbəyə sevinib.

Premyer Liqa
13-cü tur

30 noyabr

“Şamaxı” – “Sumqayıt” 1:2
Qollar: Karim Rossi, 70 – Aleksa Yankoviç, 88. Aleksandr Ramalinqom , 90+1.
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Tərlan Talıbzadə, Vüqar Həsənli.
VAR: Elçin Məsiyev.
AVAR: Şirmamed Mamedov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Şamaxı şəhər stadionu, 14:00.

Şamaxı: 1. Rikardo Fernandes, 5. Arsen Ağcabəyov (k), 97. Oruc Məmmədov, 82. Rüfət Abbasov, 9. Karim Rossi, 3. Vladislav Veremeyev, 13. Rikardo Apolinario, 11. Dioqo Balau, 4. Sezar Enrike, 44. David Santos, 8. Alfons Msanqa.
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 99. Səlim Həşimov, 17. Rafael Məhərrəmli, 80. Həbib İsmayılov, 21. Bilal İsmayılov, 27. Emil Süleymanov, 7. Edqar Adilxanov, 77. Nihat Mehralıyev, 24. Sənan Muradlı, 90. Davud Mənsumov, 6. Antonio Lara, 19. Abdullahi Şuaybu.
Baş məşqçi: Ayxan Abbasov.

Sumqayıt: 1. Mehdi Cənnətov, 7. Rüstəm Əhmədzadə, 8. Səbuhi Abdullazadə (k), 75. Nadir Orucov, 19. Roi Kehat, 9. Aleksandr Ramalinqom, 14. Pedro Pinto, 23. Ronaldo Vaskes, 71. Masaki Murata, 80. Keffel Resende, 25. Abdul Raşid Mumini.
Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev, 56. Aftandil Arixov, 3. Höccət Haqverdi, 6. Rauf Rüstəmli, 21. Nihad Əhmədzadə, 66. Ruslan Əliyev, 37. Nihad Orucəli, 97. Vüsal Paşayev, 10. Nikola Ninkoviç, 95. Nsana Simon, 11. Aleksa Yankoviç.
Baş məşqçi: Saşa İliç.