Futbol üzrə Azərbaycan Premyer Liqasının 2024/2025-ci illər mövsümünün ikinci yarısı yanvarın 17-də start götürüb.
Arena.az xəbər verir ki, bu, ölkə çempionatlarında ilin ən erkən startıdır.
Buna qədər heç vaxt ilin ilk 17 günündə çempionat matçı keçirilməyib.
Əvvəlki illərdə ən erkən start yanvarın 21-nə təsadüf edib. 2020/2021-ci illər mövsümünün üç, ötən çempionatın bir qarşılaşması ilin 21-ci günündə baş tutub.