Premyer Liqa: “Tottenhem” derbidə “Arsenal”a məğlub oldu

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 4-cü turuna yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə 2 qarşılaşma baş tutub.

“Tottenhem” doğma meydanda “Arsenal”la qarşılaşıb. London derbisində “topçular” tək qolla vacib 3 xal qazanıblar.

Üç qolun qeydə alındığı “Vulverhempton” – “Nyukasl” matçında da qonaqlar qələbəyə seviniblər.

Beləliklə, 4 turdan sonra maksimum nəticə ilə irəliləyən yeganə komanda, son çempion “Mançester Siti” 12 xalla vahid liderdir. “Arsenal”la “Nyukasl”ın 10 xalı var. “Liverpul” və “Aston Villa” 9 xal toplayıblarsa, “Brayton” və “Nottingem Forest” komandaları 8 xal əldə ediblər. “Çelsi” 7 xalla 8-ci pillədə qərarlaşıb. Sonrakı pillələrdə 6 xalı olan “Brentford” və “Mançester Yunayted” komandaları qərarlaşıblar.

İngiltərə, Premyer Liqa
4-cü tur
14 sentyabr

Sauthempton – Mançester Yunayted 0:3
Qollar: De Liqt, 35. Raşford, 41. Qarnaço, 90+6.

Brayton – İpvsiç Taun 0:0

Kristal Pelas – Lester Siti 2:2
Qollar: Mateta, 47; 90+2-pen – Vardi, 21. Mavididi, 46.

Fulhem – Vest Hem 1:1
Qollar: R.Ximenes, 24 – İnqs, 90+5.

Liverpul – Nottingem Forest 0:1
Qol: Hadson-Odoi, 72.

Mançester Siti – Brentford 2:1
Qollar: Haland, 19; 32 – Vissa, 1.

Aston Villa – Everton 3:2
Qollar: Uotkins, 36; 58. Duran, 76 – Maknil, 16. Kalvert-Levin, 27.

Bornmut – Çelsi 0:1
Qollar: Nkunku, 86.

15 sentyabr

Tottenhem – Arsenal 0:1
Qol: Qabriel, 64.

Vulverhempton – Nyukasl 1:2
Qollar: Lemina, 36 – Şer, 75. Barnes, 80.