Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 29-cu turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.
Üç qolun qeydə alındığı “Börnli” – “Brentford” matçında meydan sahibləri qələbə qazanıblar.
“Luton Taun” – “Nottingem Forest” matçında tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
“Fulhem” isə “Tottenhem”lə ev oyununda darmadağına sevinib.
Bu turun “Arsenal” – “Çelsi”, “Kristal Pelas” – “Nyukasl”, “Mançester Yunayted” – “Şeffild Yunayted”, “Vulverhempton” – “Bornmut”, “Everton” – “Liverpul” və “Brayton” – “Mançester Siti” oyunları təxirə salınıb. Buna səbəb sözügedən komandaların İngiltərə Federasiya Kubokunun 1/4 final mərhələsinin oyunlarında iştirakıdır.
İngiltərə, Premyer Liqa
29-cu tur
16 mart
Börnli – Brentford 2:1
Qollar: Larsen, 10-pen. Fofana, 62 – Ayer, 83.
Luton Taun – Nottingem Forest 1:1
Qollar: Berri, 89 – Vud, 34.
Fulhem – Tottenhem 3:0
Qollar: Munis, 42; 61. Lukiç, 49.
17 mart
18:00. Vest Hem – Aston Villa