Premyer Liqa: “Tottenhem” “Fulhem”i tək qolla yendi

Futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 21-ci tura yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha bir qarşılaşma baş tutub.

Turun qapanış matçında “Fulhem” “Tottenhem”i qəbul edib. London təmsilçisi səfərdən vacib qələbə ilə dönüb.

Hazırda 50 xala malik “Arsenal” vahid liderdir. “Mançester Siti” 45 xalla ikincidir. “Nyukasl” və “Mançester Yunayted”in isə 39 xalı var. “Tottenhem” də 35 xalla 5-ci sırada qərarlaşıb.

İngiltərə Premyer Liqası
21-ci tur
21 yanvar

Liverpul – Çelsi 0:0

Bornmut – Nottingem Forest 1:1
Qol: Antoni, 28 – Serric, 83.

Lester Siti – Brayton 2:2
Qol: Olbrayton, 38. Barnes, 63 – Mitoma, 27. Ferquson, 88.

Sauthempton – Aston Villa 0:1
Qol: Uotkins, 77.

Vest Hem – Everton 2:0
Qol: Bouen, 34; 41.

Kristal Pelas – Nyukasl 0:0

22 yanvar

Lids – Brentford 0:0

Mançester Siti – Vulverhempton 3:0
Qol: Haland, 40; 50-pen; 54.

Arsenal – Mançester Yunayted 3:2
Qol: Nketia, 24; 90. Saka, 53 – Reşford, 17. L.Martines, 59.

23 yanvar

Fulhem – Tottenhem 0:1
Qol: H.Keyn, 45+1.