Premyer Liqa: “Tottenhem”lə MY-dən heç-heçə, “Nyukasl”dan…

Futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2022/2023 mövsümünün 33-cü turuna yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha üç qarşılaşma baş tutub.

Beş qolun qeydə alındığı “Everton” – “Nyukasl” matçında qonaqlar darmadağına seviniblər. “Sauthempton” – “Bornmut” matçı da qonaqların qələbəsilə yekunlaşıb.

Turun son oyununda “Tottenhem”lə “Mançester Yunayted” üz-üzə gəlib. Londonda baş tutan və dörd qolun qeydə alındığı görüşdə qalib müəyyənləşməyib.

Beləliklə, 33 turdan sonra 75 xalı olan “Arsenal” vahid liderdir. Liderdən iki oyun az keçirmiş “Mançester Siti”nin 73 xalı var. İlk üçlüyü 62 xalı olan “Nyukasl” qapayır. “Mançester Yunayted”in 60, “Tottenhem” və “Aston Villa”nın 54, “Liverpul”un 53, “Brayton”un 49, “Brentford”un 47, “Fulhem”in 45, “Çelsi”nin 39 xalı var.

“Kristal Pelas”la “Vulverhempton” 37, “Bornmut” 36, “Vest Hem” 34, “Lids” və “Nottingem Forest” 30, “Lester Siti” 29, “Everton” 28, “Sauthempton” isə 24 xal toplayıb.

İngiltərə Premyer Liqası
33-cü tur
25 aprel

Vulverhempton – Kristal Pelas 2:0
Qol: Andersen, 3-öz qapısına. R.Neves, 90+4-pen.

Aston Villa – Fulhem 1:0
Qol: Minqs, 21.

Lids – Lester Siti 1:1
Qol: Sinisterra, 20 – Vardi, 80.

26 aprel

Nottingem Forest – Brayton 3:1
Qol: Qross, 45+3-öz qapısına. Danilo, 69. Gibbs-Uayt, 90+1 – Buonanotte, 38.

Çelsi – Brentford 0:2
Qol: Aspilikueta, 37-öz qapısına. Mbeumo, 78.

Vest Hem – Liverpul 1:2
Qol: Paketa, 12 – Qakpo, 18. Matip, 67.

Mançester Siti – Arsenal 4:1
Qol: De Bruyne, 7; 54. Haland, 45+1; 90+5 – Holdinq, 86.

27 aprel

Everton – Nyukasl 1:4
Qol: Maknil, 80 – K.Uilson, 28; 75. Joelinton, 72. Mörfi, 81.

Sauthempton – Bornmut 0:1
Qol: Tavernye, 50.

Tottenhem – Mançester Yunayted 2:2
Qol: Porro, 56. Son, 79 – Sanço, 7. Raşford, 44.

Xəbəri sosial şəbəkələrdə paylaş: