Premyer Liqa: “Turan Tovuz” “Qarabağ”a yenə uduzdu

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 27-ci turunun oyunlarına yekun vurulacaq.

Arena.az xəbər verir ki, sonuncu oyun gününün ilk oyunu “Turan Tovuz”la “Qarabağ” arasında keçirilib. Tovuzda baş tutacaq qarşılaşmanı Tural Qurbanov idarə edib.

“Turan Tovuz”la “Qarabağ” daha öncə 6 oyunda üz-üzə gəlmişdilər. Bu görüşlərdə “Turan Tovuz” qələbə qazanmamışdı. Tovuz təmsilçisi cəmi 1 oyunda heç-heçə edib, qalan görüşlərdə uduzmuşdu. “Qarabağ” bütün matçlarda bu rəqibinə iki və ya daha çox qol vurmuşdu.

Bugünkü oyunda isə hesabı tovuzlular açıblar. Amma ikinci hissədə ardıcıl 3 qol vuran Ağdma təmsilçisi yenə bu rəqibindən üstün olub. Beləcə, hazırda 35 xalla 7-ci pillədə qərarlaşmış “Turan Tovuz”un güclü rəqiblə görüşdə ilk qələbəsini qazanmaq arzusu baş tutmayıb. 66 xalla zirvədə qərarlaşmış və ən yaxın izləyicisi “Neftçi”ni 26 xal qabaqlayan “Qarabağ” isə qələbə seriyasını davam etdirib.

Turun qapanış matçında “Sumqayıt” “Sabah”ı qəbul edəcək. Bu oyuna bu gün saat 19:00-da start veriləcək.

Daha öncə “Neftçi” “Səbail”ə (3:0), “Zirə” “Kəpəz”ə (2:1) qalib gəlib, “Araz-Naxçıvan” – “Qəbələ” matçında qalib müəyyənləşməyib – 1:1.

Premyer Liqa
27-ci tur
17 mart

“Turan Tovuz” – “Qarabağ” 1:3
Qollar: Otto Con, 10-pen – Nəriman Axundzadə, 56. Patrik Andrade, 73. Toral Bayramov, 90+5-pen.
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Rəhman İmami, Əli Əliyev.
Tovuz şəhər stadionu, 16:00.

Turan Tovuz: 13. Aydın Bayramov, 5. Roderik Miller, 4. Şəhriyar Əliyev (k), 14. Slavik Alxasov, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman, 10. Xəyal Nəcəfov, 80. Otto Con, 88. Faiq Hacıyev, 21. Aleks Souza, 8. Fərid Yusifli.
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 39. Sadiq Quliyev, 9. Belaydi Pusi, 77. Fərid Nəbiyev, 11. Ayxan Hüseynov, 2. İsmayıl Zülfüqarlı.
Baş məşqçi: Ayxan Abbasov.

Qarabağ: 23. Luka Quqeşaşvili, 20. Riçard Almeyda, 5. Maksim Medvedev (k), 66. Patrik Andrade, 17. Hamidu Keyta, 30. Abbas Hüseynov, 24. Aleksey İsayev, 11. Adama Diakabi, 2. Mateus Silva, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə.
Ehtiyat oyunçular: 89. Amin Ramazanov, 55. Bədavi Hüseynov, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 7. Yassin Benzya, 8. Marko Yankoviç, 18. Olavio Juninyo, 13. Bəhlul Mustafazadə, 6. Julio Romao, 19. Redon Cica, 15. Leandro Andrade, 44. Elvin Cəfərquliyev.
Baş məşqçi: Qurban Qurbanov.