Premyer Liqa: “Turan Tovuz” “Şamaxı” ilə bacarmadı

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2022/2023 mövsümünün 29-cu turunun oyunları keçirilir. Arena.az xəbər verir ki, sonuncu oyun günündə keçirilməsi nəzərdə tutulan matçlardan biri artıq başa çatıb.

“Turan Tovuz” doğma meydanda “Şamaxı” ilə münasibətlərinə aydınlıq gətirib. Tərəflər bu oyundan hərəyə 1 qol və 1 xalla ayrılıblar. Qarşılaşmada hesabı meydan sahibləri açsalar da, qonaq komanda erkən qola vaxtında cavab verə bilib. Qalan dəqiqələrdə status-kvo pozulmayıb və matç heç-heçə bitib.

Xatırladaq ki, turun əvvəlki oyunlarında “Qəbələ” “Zirə”yə, “Səbail” isə “Sabah”a 2:1 hesabıyla qalib gəlib. “Sumqayıt” da doğma meydanda “Neftçi”yə 0:4 hesabıyla uduzub.

Turun son matçında isə “Qarabağ” “Kəpəz”i qəbul edəcək. Qarşılaşmaya bu gün saat 18:30-da start veriləcək.

Azərbaycan Premyer Liqası
29-cu tur
9 aprel

“Turan Tovuz” – “Şamaxı” 1:1
Qol: Runi Eva, 2 – Fuad Bayramov, 9.
Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Cəmil Quliyev, Kamranbəy Rəhimov.
Tovuz şəhər stadionu, 16:00.

Turan Tovuz: 1. Tərlan Əhmədli, 4. Şəhriyar Əliyev (k), 33. Eltun Turabov, 8. Şakir Seyidov, 99. Veysəl Rzayev, 55. Siyanda Xulu, 2. Roderik Miller, 25. Denis Marandiç, 19. Runi Eva, 9. Belaydi Pusi, 11. Ayxan Quseynov.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 77. Cavid Tağıyev, 60. Səbayıl Bağırov, 39. Sadiq Quliyev, 7. Ehtiram Şahverdiyev, 10. Xəyal Nəcəfov, 22. Famil Camalov, 6. Turan Vəlizadə, 15. Vüsal Məsimov, 24. Divayn Naa, 23. Okebuqvu Henri.
Baş məşqçi: Ayxan Abbasov.
Şamaxı: 1. Rəşad Əzizli (k), 9. Amil Yunanov, 15. Emin Zamanov, 16. Fuad Bayramov, 70. Bahadur Həziyev, 5. Rəhman Daşdəmirov, 2. Rauf Hüseynli, 22. Elçin Mustafayev, 83. Nihad Quliyev, 18. Cəlal Hüseynov, 80. Zahid Mərdanov.
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 12. Əkpər Vəliyev, 10. Elvin Məmmədov, 17. Elçin Rəhimli, 27. İbrahim Aslanlı, 90. Əli Səmədov, 4. Arsen Ağcabəyov, 21. Qurban Səfərov, 97. Tapdıq Əhmədov, 23. Rövşən Şahmuradov, 29. Ramin Əhmədov, 24. Edqar Adilxanov.
Baş məşqçi: Vüqar Əsgərli.

Xəbəri sosial şəbəkələrdə paylaş: