Premyer Liqa: “Turan Tovuz” yenə “Araz-Naxçıvan”a qalib gəldi

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 34-cü turunun növbəti oyunları keçirilir.

Arena.az xəbər verir ki, ikinci oyun gününün ilk qarşılaşması Mərdəkanda baş tutub.

Burada “Araz-Naxçıvan” “Turan Tovuz”u qəbul edib. Bu iki komanda yalnız cari mövsümdə qarşılaşmışdılar və hər üç oyunda Naxçıvan təmsilçisi məğlubiyyətə üzülmüşdü. “Turan Tovuz” hər matçda ən azı 2 qol vurmuşdu.

Tovuz təmsilçisi Premyer Liqanın son üç turunda ardıcıl məğlubiyyətlərə üzülmüşdü. Bu üzdən də Ayxan Abbasovun komandası uğursuz gedişata “Araz-Naxçıvan”la oyunda son qoymağı hədəfləmişdi. Naxçıvan təmsilçisi də ötən tur məğlub olduğu üçün bu oyundan xal və ya xallarla ayrılmaq arzusundaydı.

Amma bu oyunun da yekununda sevinən tərəf “Turan Tovuz” olub. Budəfəki görüşün taleyini bir qol həll edib.

Günün digər oyunu “Zirə” ilə “Qarabağ” arasında keçiriləcək. Daha öncə “Neftçi” “Kəpəz”ə 5:1 hesabıyla qalib gəlib. Tura sabah keçiriləcək “Qəbələ” – “Sabah” və “Sumqayıt” – “Səbail” matçları ilə yekun vurulacaq.

Premyer Liqa
34-cü tur
11 may

“Araz-Naxçıvan” – “Turan Tovuz” 0:1
Qol: Alexandro Serrano, 63.
Hakimlər: Kamal Umudlu, Zöhrab Abbasov, Orxan İbişov, Elvin Bayramov.
Mərdəkan. “Dalğa Arena”, 17:00.

Araz-Naxçıvan: 12. Kristian Avram, 6. Vadim Abdullayev (k), 3. Turan Manafov, 55. Zamiq Əliyev, 2. Abdulla Rzayev, 9. Elvis Maşike, 23. Nuno Rodriqes, 42. Məhəmməd Kadiri, 14. Miço Kuzmanoviç, 8. İsmail Azzaui, 27. Numan Kurdiç.
Ehtiyat oyunçular: 91. Semir Bukviç, 1. Vüsal Şabanov, 10. Orxan Əliyev, 39. Tural Bayramlı, 7. Nicat Süleymanov, 22. Elçin Mustafayev, 17. İldar Alekperov, 88. Tuqay Əlizadə, 11. Ramin Nəsirli, 13. Mirəli Əhmədov, 19. Aksel Nqando, 29. Vanderson Melo.
Baş məşqçi: Elmar Baxşıyev.

Turan Tovuz: 13. Aydın Bayramov, 3. Tərlan Quliyev, 4. Şəhriyar Əliyev (k), 10. Xəyal Nəcəfov, 77. Fərid Nəbiyev, 2. İsmayıl Zülfüqarlı, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman, 25. Denis Marandiç, 80. Otto Con, 21. Aleks Souza.
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 85. Kamal Bayramov, 14. Slavik Alxasov, 39. Sadiq Quliyev, 88. Faiq Hacıyev, 8. Fərid Yusifli, 99. Veysəl Rzayev, 33. Eltun Turabov, 57. Cavid Qasımov, 97. Sadiq Şəfiyev, 9. Belaydi Pusi, 11. Ayxan Quseynov.
Baş məşqçi: Ayxan Abbasov.