Premyer Liqa: “Turan Tovuz”dan “Qəbələ” üzərində tarixi qələbə

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 22-ci turuna yekun vurulacaq.

Arena.az xəbər verir ki, sonuncu oyun gününün ilk matçı Tovuzda yerli “Turan Tovuz”la “Qəbələ” arasında baş tutub.

15 xalla 10 iştirakçı arasında sonuncu olan Qəbələnin eyniadlı təmsilçisi səfərdən ən azı 1 xalla qayıtmaq arzusundaydı.

Üç turdur qələbəyə həsrət olan Elmar Baxşıyevin komandası bu görüşlərdə 2 məğlubiyyətə üzülüb, 1 heç-heçə ilə kifayətlənmişdi. 26 xalla 8-ci pillədə qərarlaşmış Tovuz təmsilçisi isə doğma meydanda mütləq qələbə qazanmaqla üst pillələrə çıxmağı hədəfləmişdi.

Bu komandalar daha öncə Premyer Liqada 6 oyunda üz-üzə gəlmişdilər. Bu oyunlarda cəmi 1 dəfə 3 xala sevinmiş “Turan Tovuz” heç vaxt evdə qalib gəlməmişdi. 3 oyun heç-heçə bitmişdisə, qalan 2 oyunda “Qəbələ” qalib gəlmişdi. Amma sözügedən komanda son dörd matçda qol vura bilmirdi.

Üç qolun qeydə alındığı bu oyunda isə “Turan Tovuz” qələbə qazanıb. Bu, Tovuz təmsilçisinin doğma arenada “Qəbələ” üzərindəki ilk qələbəsi kimi tarixə düşüb.

Premyer Liqa
22-ci tur
13 fevral

“Turan Tovuz” – “Qəbələ” 2:1
Qollar: Aleks Souza, 43. Ayxan Hüseynov, 53 – Bilel Auaşeriya, 77.
Hakimlər: Rauf Allahverdiyev, Müslüm Əliyev, Cəmil Quliyev, Əli Əliyev.
Tovuz şəhər stadionu, 15:00.

Turan Tovuz: 13. Aydın Bayramov, 88. Faiq Hacıyev, 2. İsmayıl Zülfüqarlı, 99. Veysəl Rzayev, 5. Roderik Miller (k), 23. Alexandro Serrano, 7. Luis Paçu, 25. Denis Marandiç, 6. Bruno Qonçalves, 11. Ayxan Hüseynov, 21. Aleks Souza.
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 14. Slavik Alxasov, 39. Sadiq Quliyev, 10. Xəyal Nəcəfov, 77. Fərid Nəbiyev, 8. Fərid Yusifli, 97. Sadiq Şəfiyev, 15. Emmanuel Hakman, 9. Belajdi Pusi, 80. Otto Con.
Baş məşqçi: Ayxan Abbasov.

Qəbələ: 13. Kristof Atanqana, 11. Asif Məmmədov (k), 34. Ürfan Abbasov, 28. Murad Musayev, 14. Ülvi İsgəndərov, 5. Rauf Hüseynli, 7. Emil Səfərov, 20. Bilel Auaşeriya, 4. Lukas Afriko, 19. Samuel Tetteh, 72. Osama Xalayla.
Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 36. Elməddin Sultanov, 2. İlkin Qırtımov, 12. Nicat Əliyev, 33. Hüseyn Mürsəlov, 18. Mehrac Baxşalı, 71. Sənan Ağalarov, 30. Şahin Şahniyarov, 3. Zurab Oçiqava, 99. Ahmed Ayzaya, 17. Yaovi Akakpo, 8. Gilad Abramov.
Baş məşqçi: Elmar Baxşıyev.

Xəbəri sosial şəbəkələrdə paylaş: