Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 30-cu turunun növbəti oyunları keçirilir.
Arena.az xəbər verir ki, ikinci oyun gününün ilk qarşılaşması Qəbələdə baş tutub.
Burada yerli “Qəbələ” “Turan Tovuz”la üz-üzə gəlib. Tərəflər bu günə qədər çempionatda 7 dəfə üz-üzə gəlmişdilər. Bu oyunlarda hərəyə 2 qələbəsi olan komandalar 3 matçda da heç-heçəyə razılaşmışdılar. “Qəbələ” son 5 matçda qol vurmuşdu. Son 4 görüşdə 3 və ya daha çox qol qeydə alınmışdı.
Kaxaber Sxadadzenin gəlişindən bəri 3 xala həsrət olan, çempionatın aşkar autsayderinə çevrilmiş “Qəbələ” bu gün uğursuz gedişata son qoymaq arzusundaydı. Ötən tur “Sabah”a qalib gəlmiş “Turan Tovuz” isə səfərdə 3 xal qazanmaqla avrokuboklara vəsiqə şanslarını qorumaq istəyirdi.
Qarşılaşmada hesabı ikinci hissənin əvvəlində “Qəbələ” açıb. Amma matçın sonlarında ardıcıl iki qol vuran “Turan Tovuz” səfərdə əzmkar qələbəyə sevinib.
Premyer Liqa
30-cu tur
13 aprel
“Qəbələ” – “Turan Tovuz” 1:2
Qollar: Əyyub Allaş, 49 – Aleks Souza, 81. Belaydi Pusi, 90+5.
Hakimlər: Rauf Cabarov, Rahil Ramazanov, Şirmamed Mamedov, Əli Əliyev.
Qəbələ şəhər stadionu, 16:30.
Qəbələ: 13. Kristof Atanqana, 2. İlkin Qırtımov, 34. Ürfan Abbasov (k), 5. Rauf Hüseynli, 12. Nicat Əliyev, 7. Emil Səfərov, 30. Şahin, Şahniyarov, 20. Bilel Auaşeriya, 4. Lukas Afriko, 9. Əyyub Allaş, 72. Osama Xalayla.
Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 71. Sənan Ağalarov, 25. İbrahim Ramazanov, 77. Okan Təhməzli, 27. Eşqin Əhmədov, 10. Klesio Bauk, 19. Samuel Tetteh, 17. Yaovi Akakpo, 53. Elnur İbrahimov.
Baş məşqçi: Kaxaber Sxadadze.
Turan Tovuz: 13. Aydın Bayramov, 4. Şəhriyar Əliyev (k), 10. Xəyal Nəcəfov, 77. Fərid Nəbiyev, 2. İsmayıl Zülfüqarlı, 15. Emmanuel Hakman, 7. Luis Paçu, 25. Denis Marandiç, 6. Bruno Qonçalves, 11. Ayxan Hüseynov, 21. Aleks Souza.
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 14. Slavik Alxasov, 39. Sadiq Quliyev, 88. Faiq Hacıyev, 70. Məzahir Məmmədzadə, 55. Raul, Məmmədov, 57. Cavid Qasımov, 97. Sadiq Şəfiyev, 9. Belaydi Pusi, 80. Otto Con.
Baş məşqçi: Ayxan Abbasov.