Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 10-cu turuna yekun vurulub.
Arena.az xəbər verir ki, turun sonuncu görüşü “Sumqayıt”la “Turan Tovuz” arasında keçirilib.
Tərəflər 10-cu dəfə qarşılaşıblar. Əvvəlki 9 oyunda sumqayıtlılar 3, tovuzlular 2 qələbə qazanmışdılar, 4 qarşılaşma bərabərliklə yekunlaşmışdı. “Sumqayıt” bu rəqibinə evdə heç vaxt uduzmamışdı.
Amma altı qolun qeydə alındığı bu oyunda “Turan Tovuz” nəhayət ki, Sumqayıtda qələbə sevinci yaşamağı bacarıb.
Premyer Liqa
10-cu tur
20 oktyabr
“Sumqayıt” – “Turan Tovuz” 2:4
Qollar: Nikola Vuynoviç, 32. Kamran Quliyev, 87 – Alexandro Serrano, 16. Otto Con, 25. Veysəl Rzayev, 26. Aleks Souza, 78.
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Rauf Allahverdiyev.
VAR: Cavid Cəlilov.
AVAR: Müslüm Əliyev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu. 20:00.
Sumqayıt: 1. Mehdi Cənnətov, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 2. Sertan Taşkın, 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 30. Kamran Quliyev, 8. Səbuhi Abdullazadə, 9. Nikola Vuynoviç, 99. Silvanus Nimeli, 23. Cordan Rezabala.
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 36. Xəyal Fərzullayev, 10. Rəhim Sadıxov, 20. Ayxan Süleymanlı, 21. Nihat Əhmədzadə, 24. Sənan Muradlı, 19. Roi Kehat, 95. Miloş Miloviç, 11. Fernando Da Silva, 12. Georgi Karaişvili, 5. Alan Dias, 60. Tresor Mossi.
Baş məşqçi: Vaqif Cavadov.
Turan Tovuz: 1. İvan Konovalov, 4. Şəhriyar Əliyev (k), 88. Faiq Hacıyev, 77. Veysəl Rzayev, 99. Sadiq Şəfiyev, 9. Kristian da Silva, 5. Roderik Miller, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman, 25. Denis Marandiç, 80. Otto Con.
Ehtiyat oyunçular: 41. Sergey Samok, 71. Mehman Hacıyev, 39. Sadiq Quliyev, 33. Eltun Turabov, 10. Xəyal Nəcəfov, 8. Tural Bayramlı, 7. İsmayıl Zülfüqarlı, 13. Fərid Yusifli, 44. Rüfət Əhmədov, 6. Araş Qaderi, 11. Ayxan Hüseynov, 21. Aleks Souza.
Baş məşqçi: Kurban Berdıyev.


