Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 11-ci turunun növbəti oyunları keçirilob.
Arena.az xəbər verir ki, ikinci oyun gününün ikinci qarşılaşması Bayılda baş tutub.
Burada “Səbail” “Sumqayıt”ı qəbul edib. Bu komandaların əvvəlki 27 oyununda sumqayıtlıların üstünlüyü vardı. “Səbail” bu rəqibinə 8 oyunda qalib gəldiyi halda “Sumqayıt”ın 16 qələbəsi diqqət çəkirdi. 3 görüş də bərabərliklə yekunlaşmışdı. “Sumqayıt” son 8 matçda qol vurmuşdu. “Səbail” son 5 oyunda məğlub olmuşdu.
Bu dəfə də oxşar nəticə qeydə alınıb. “Sumqayıt” səfərdə tək qolla qalib gəlib. Bu, sözügedən komandanın 7 turdan sonra ilk qələbəsidir. Eyni zamanda Vaqif Cavadov da “Sumqayıt”ın baş məşqçisi kimi ilk dəfə qələbə sevinci yaşayıb.
Premyer Liqa
11-ci tur
26 oktyabr
“Səbail” – “Sumqayıt” 0:1
Qol: Silvanus Nimeli, 51.
Hakimlər: Fərid Hacıyev, Eyyub İbrahimov, Şirmamed Mamedov, Elvin Bayramov.
VAR: Rauf Cabbarov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
“Bayıl Arena”. Saat 18:30.
Səbail: 1. Hüseynəli Quliyev, 74. Yusif Nəbiyev (k), 77. Fərid Nəbiyev, 20. Mert Çelik, 11. Rüfət Abdullazadə, 10. David Qomis, 8. Qorka Larruçea, 44. Amir Bilali, 3. Dmitri Litvin, 7. Madi Keta, 14. Suleyman Alluş.
Ehtiyat oyunçular: 12. Əlirza Müştəbazadə, 25. Nicat Məmmədzadə, 6. Cabir Əmirli, 18. Süleyman Əhmədov, 15. Vüsal Məsimov, 83. Nihad Quliyev, 19. Samir Abdullayev, 17. Gülağa Əsədov, 16. Emin Rüstəmov, 21. Ayman Buali.
Baş məşqçi: Şahin Diniyev.
Sumqayıt: 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 30. Kamran Quliyev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 95. Miloş Miloviç, 99. Silvanus Nimeli, 23. Cordan Rezabala, 60. Tresor Mossi.
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 36. Xəyal Fərzullayev, 6. Vüqar Mustafayev, 10. Rəhim Sadıxov, 2. Sertan Taşkın, 20. Ayxan Süleymanlı, 21. Nihat Əhmədzadə, 24. Sənan Muradlı, 11. Fernando Da Silva, 12. Georgi Xaraişvili, 9. Nikola Vuynoviç, 77. Cəsurbek Cəloliddinov.
Baş məşqçi: Vaqif Cavadov.


