Futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2022/2023 mövsümünün 37-ci turunun oyunları keçirilir. Arena.az xəbər verir ki, ikinci oyun günündə daha üç qarşılaşma baş tutub.
Dörd qolun qeydə alındığı “Vest Hem” – “Lids” matçında meydan sahibləri qələbə qazanıblar. “Brayton” da doğma meydanda “Sauthempton”a eyni hesabla qalib gəlib.
Ötən gün “Arsenal”ın məğlubiyyətindən sonra çempionluğu rəsmiləşən “Mançester Siti” isə bu gün “Çelsi”ni qəbul edib. “Şəhərlilər” bu oyunda minimal hesabla qələbə qazanıblar.
Tura sabah keçiriləcək “Nyukasl” – “Lester Siti” oyunu ilə yekun vurulacaq.
İngiltərə, Premyer Liqa
37-ci tur
20 may
Tottenhem – Brentford 1:3
Qol: Keyn, 8 – Mbeumo, 50; 62. Vissa, 88.
Bornmut – Mançester Yunayted 0:1
Qol: Kazemiro, 9.
Fulhem – Kristal Palas 2:2
Qol: Mitroviç, 45+5; 61 – Eduard, 34. Uord, 83.
Liverpul – Aston Villa 1:1
Qol: Firmino, 89 – Remsi, 27.
Vulverhempton – Everton 1:1
Qol: Hvanq, 34 – Mina, 90+9.
Nottingem Forest – Arsenal 1:0
Qol: Avoniyi, 19.
21 may
Vest Hem – Lids 3:1
Qol: Rays, 31. Bouen, 72. Lanzini, 90+4 – Rodriqo, 17.
Brayton – Sauthempton 3:1
Qol: Ferquson, 29; 40. Qross, 69 – M.Elyunussi, 58.
Mançester Siti – Çelsi 1:0
Qol: X.Alvares, 12.
22 may
23:00. Nyukasl – Lester Siti