Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 26-cı tura start verilib. Arena.az xəbər verir ki, iki qarşılaşmanın nəzərdə tutulduğu ilk oyun günündə artıq bir qarşılaşma başa çatıb.
Turun açılış oyunu Gəncədə keçirilib. Burada “Kəpəz” doğma azarkeşlərinin gözü qarşısında “Zirə” ilə üz-üzə gəlib. Qarşılaşmada hesabı meydan sahibləri açıblar. Amma ilk hissəni məğlub başa vuran paytaxt təmsilçisi matçın sonlarında məğlubiyyətdən xilas ola bilib. Penaltidən dəqiq yararlanan qonaqlar bərabərlik qolunu vurmağı bacarıblar. Yekunda tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
İlk oyun gününün digər qarşılaşması “Sabah”la “Sumqayıt” arasında baş tutacaq. “Turan Tovuz” – “Qəbələ” və “Qarabağ” – “Səbail” matçları sabah keçiriləcək. Tura bazar günü baş tutacaq “Şamaxı” – “Neftçi” matçı ilə yekun vurulacaq.
Azərbaycan Premyer Liqası
26-cı tur
10 mart
“Kəpəz” – “Zirə” 1:1
Qollar: Fərid Nəbiyev, 38 – Hamidu Keyta, 83-pen
Hakimlər: Kamranbəy Rəhimov, Eyyub İbrahimov, Teymur Teymurov, Namiq Bəkirov.
Gəncə şəhər stadionu, 15:00.
Kəpəz: 71. Mario Mustapiç, 74. Yusif Nəbiyev (k), 70. Nicat Süleymanov, 14. Elçin Əlicanov, 77. Fərid Nəbiyev, 3. Abdulla Rzayev, 40. Ahmed Ayzaya, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko, 7. Georgi Kantariya, 21. Martins Junior.
Ehtiyat oyunçular: 68. Orxan Sadıqlı, 25. Elgün Bayramov, 8. Tural Axundov, 80. Tural Rzayev, 2. Zamiq Əliyev, 5. İdris İnqilablı, 27. Samir Məhərrəmli, 91. Nizami Səmədov, 97. Nicat Məmmədov, 20. Mahir Həsənov, 44. Nihat Fərəci, 10. Salif Sisse.
Baş məşqçi: Tərlan Əhmədov.
Zirə: 41. Anar Nəzirov, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 11. Rüstəm Əhmədzadə, 96. Donald Gerye, 23. Andriya Lukoviç, 14. Hamidu Keyta, 44. Dmitrios Çantakias, 26. Nemanya Andelkoviç, 17. Toni Qomes, 6. Eldar Quliyev.
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 22. Nail Alışov, 15. Ruslan Abışov, 77. Mirsayib Abbasov, 18. Slavik Alxasov, 91. Coşqun Diniyev, 9. Loris Broqno, 47. Məhəmməd Hamdaui, 5. Moiz Adileu, 70. İssa Cibrila, 28. Abbas İbrahim, 7. Filipe Paxtman.
Baş məşqçi: Rəşad Sadıqov.


