Premyer Liqa: “Zirə” ilk dövrəni qalib başa vurdu

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023-2024 mövsümünün 9-cu turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk dövrənin sonuncu turunun açılış oyunu Zirədə baş tutub.

Burada lider “Zirə” doğma azarkeşləri qarşısında “Turan Tovuz”la münasibətlərinə aydınlıq gətirib. Üç qolluq matç meydan sahiblərinin qələbəsiylə yekunlaşıb. Nəticədə mövsümə yaxşı başlamış “Zirə” ilk dövrəni də qalib başa vurub.

Bu turun “Qəbələ” – “Səbail” və “Sabah” – “Araz-Naxçıvan” görüşləri şənbə günü baş tutacaq. “Sumqayıt” – “Kəpəz” və “Neftçi” – “Qarabağ” oyunları isə bazar gününə təsadüf edəcək.

Premyer Liqa
9-cu tur
6 oktyabr

“Zirə” – “Turan Tovuz” 2:1
Qollar: Salifu Suma, 33. Qismət Alıyev, 77 – Denis Marandiç, 74.
Hakimlər: İnqilab Məmmədov, Eyyub İbrahimov, Rəhman İmami, Kamran Əliyev.
Zirə İdman Kompleksinin stadionu, 18:00.

Zirə: 97. Tiaqo Silva, 77. Məqsəd İsayev, 32. Qismət Alıyev (k), 20. İsmayıl İbrahimli, 11. Rüstəm Əhmədzadə, 5. Stefan Akka, 4. Ruan Renato, 15. Pyer Zebli, 28. Abbas İbrahim, 7. Filipe Paxtman, 19. Salifu Suma.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 8. İlkin Muradov, 10. Rəhim Sadıxov, 21. Hacıağa Hacılı, 16. Fuad Bayramov, 23. Andriya Lukoviç, 44. Dmitrios Çantakias, 70. İssa Cibrila, 6. Eldar Quliyev.
Baş məşqçi: Rəşad Sadıqov.
Turan Tovuz: 1. Tərlan Əhmədli (k), 2. Sertan Taşkın, 10. Xəyal Nəcəfov, 77. Fərid Nəbiyev, 5. Roderik Miller, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman, 25. Denis Marandiç, 6. Bruno Qonçalves, 9. Belaydi Pusi, 79. Martin Petkov
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 39. Sadiq Quliyev, 18. Budaq Nəsirov, 88. Faiq Hacıyev, 60. Səbayıl Bağırov, 7. Luis Paçu, 80. Otto Con, 11. Ayxan Hüseynov.
Baş məşqçi: Ayxan Abbasov.