Premyer Liqa: “Zirə” ilk turda “Səbail”i darmadağın etdi

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 1-ci turuna yekun vurulub.

Arena.az xəbər verir ki, turun sonuncu oyunu avrokuboklardakı təmsilçimiz “Zirə” ilə “Səbail” arasında baş tutub.

Bu yay heyəti böyük ölçüdə dəyişmiş “dənizçilər” Zirədən xal və ya xallarla qayıtmaq istəyirdi. Amma Konfrans Liqasında mərhələ adlamaqla özünəinamı daha da artmış Rəşad Sadıqovun komandası yeni mövsümə qələbə ilə start verməyi hədəfləmişdi.

“Zirə” bu istəyinə darmadağınla nail olub. “Səbail”in gücü isə təsəlli qoluna çatıb.

Premyer Liqa
1-ci tur
4 avqust

“Zirə” – “Səbail” 4:1
Qollar: Davit Volkov, 12; 27; 45. İssa Cibrilla, 90+5 – Ayman Buali, 49.
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əli Əliyev.
Zirə İdman Kompleksinin stadionu, 20:00.

Zirə: 13. Aydın Bayramov, 7. Məqsəd İsayev, 8. İsmayıl İbrahimli, 16. Fuad Bayramov, 11. Rüstəm Əhmədzadə, 29. Ceyhun Nuriyev, 5. Stefan Akka, 4. Ruan Renato (k), 90. Davit Volkov, 6. Eldar Quliyev, 19. Salifu Suma.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 99. Səlim Həşimov, 32. Qismət Alıyev, 21. Hacıağa Hacılı, 14. Elçin Əlicanov, 17. Şahmar Aşurov, 70. İssa Cibrilla, 3. Ange Mutsinzi.
Baş məşqçi: Rəşad Sadıqov.

Səbail: 1. Hüseynəli Quliyev, 6. Cabir Əmirli (k), 74. Yusif Nəbiyev, 77. Fərid Nəbiyev, 11. Rüfət Abdullazadə, 83. Nihad Quliyev, 8. Qorka Larruçea, 44. Amir Bilali, 3. Dmitri Litvin, 21. Ayman Buali, 14. Suleyman Alluş.
Ehtiyat oyunçular: 12. Əlirza Müştəbazadə, 25. Nicat Məmmədzadə, 18. Süleyman Əhmədov, 15. Vüsal Məsimov, 20. Mert Çelik, 19. Samir Abdullayev, 17. Gülağa Əsədov, 16. Emin Rüstəmov, 7. Madi Keta, 5. Gitay Sofir.
Baş məşqçi: Şahin Diniyev.