Premyer Liqa: “Zirə” – “Kəpəz” matçı ilə tura yekun

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 24-cü turuna yekun vurulacaq.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutacaq.

Turun qapanış matçı “Zirə” ilə “Kəpəz” arasında keçiriləcək. Zirə İdman Kompleksinin stadionunda baş tutacaq oyunu Rauf Cabbarov idarə edəcək.

Xatırladaq ki, bu görüş əslində ötən gün keçirilməli idi. Amma ölkə ərazisindəki qarlı hava şəraiti səbəbindən bu qarşılaşma təxirə salınmışdı.

Bu komandaların əvvəlki 22 oyununda “Zirə” 11, “Kəpəz” 3 qələbə qazanıb, 8 görüşdə qalib müəyyənləşməyib. “Kəpəz” son 14 matçda qələbə qazanmayıb. “Zirə” son 4 görüşdə qalib gəlib.

“Zirə” hazırda 42 xalla 4-cü, “Kəpəz” isə 19 xalla 9-cu pillədə qərarlaşıb.

Premyer Liqa
24-cü tur

21 fevral

“Neftçi” – “Sumqayıt” 1:0
Qol: Filip Ozobiç, 90+3-pen.
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Kərim Zeynalov, Əli Əliyev.
VAR: İnqilab Məmmədov.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Bakı. “Neftçi Arena”, 19:00.

22 fevral

“Araz-Naxçıvan” – “Səbail” 0:0
Hakimlər: Fərid Hacıyev, Müslüm Əliyev, Rəhman İmami, Elvin Bayramov.
VAR: Nicat İsmayıllı.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Asif Əliyev.
Bakı. “Dalğa Arena”, 16:00.

“Qarabağ” – “Sabah” 1:1
Qollar: Abdulla Zubir, 17 – Jesse Sekidika, 35.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamranbəy Rəhimov.
VAR: Rəşad Əhmədov.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 19:00.

23 fevral

“Şamaxı” – “Turan Tovuz” 0:1
Qol: Aleks Souza, 30.
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Şirmamed Mamedov, Kamran Əliyev.
VAR: Rauf Allahverdiyev.
AVAR: Pərvin Talıbov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Şamaxı şəhər stadionu, 14:30.

24 fevral

“Zirə” – “Kəpəz”
Hakimlər: Rauf Cabbarov, Rahil Ramazanov, Teymur Teymurov, Elçin Məsiyev.
VAR: Cavid Cəlilov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
Zirə İdman Kompleksinin stadionu, 16:00.

Xəbəri istədiklərinizlə paylaşın