Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 27-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun gününün ilk qarşılaşması Bakıda baş tutub.
“Zirə” məlum səbəblərdən Tofiq Bəhramov adına Respublika stadionunda “Kəpəz”i sınağa çəkib. 36 xalla 6-cı pillədə qərarlaşmış “Zirə” qalib gəlməklə yenidən liderlər qrupunda yer ala bilərdi. “Kəpəz” isə 27 xalla 9-cu idi. Ötən tur “Neftçi” ilə məhsuldar heç-heçə etmiş Gəncə təmsilçisi məğlubiyyətsiz seriyasını davam etdirmək arzusundaydı.
Bu komandalar bu günə qədər 18 oyunda üz-üzə gəlmişdilər. Əvvəlki oyunlarda zirəlilərin 7, gəncəlilərin 3 qələbəsi vardı, 8 qarşılaşma da heç-heçə bitmişdi. “Zirə” son 10 oyunda bu rəqibinə uduzmamışdı. Bakı klubu bütün ev matçlarında qol vurmuşdu.
Bu dəfə də ənənə pozulmayıb. Üç qolun qeydə alındığı oyunda “Zirə” qalib gəlib. Bununla da qəsəbə təmsilçisi “Kəpəz”in dörd oyunluq məğlubiyyətsiz seriyasına son qoyub.
Xatırladaq ki, turun ilk oyununda “Neftçi” “Səbail”ə qalib gəlib – 3:0. “Turan Tovuz” – “Qarabağ” və “Sumqayıt” – “Sabah” oyunları sabah keçiriləcək. “Araz-Naxçıvan” – “Qəbələ” matçı isə bu gün saat 18:30-da start götürəcək.
Premyer Liqa
27-ci tur
15 mart
“Zirə” – “Kəpəz” 2:1
Qollar: Salifu Suma, 60. Qismət Alıyev, 77-pen – Martins Junior, 90+4.
Hakimlər: Kamal Umudlu, Kamran Bayramov, Asiman Əzizli, Kamran Əliyev.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 16:00.
Zirə: 97. Tiaqo Silva, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 20. İsmayıl İbrahimli, 29. Ceyhun Nuriyev, 4. Ruan Renato, 44. Dmitrios Çantakias, 70. İssa Cibrilla, 15. Pyer Zebli, 6. Eldar Quliyev, 19. Salifu Suma.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 8. İlkin Muradov, 21. Hacıağa Hacılı, 16. Fuad Bayramov, 66. Pərviz Azadov, 99. Nazim Həsənzadə, 55. Ramin Abdullayev, 5. Stefan Akka, 24. Sezar Meza Kolli, 9. Vladislav Kulaç, 28. Abbas İbrahim.
Baş məşqçi: Rəşad Sadıqov.
Kəpəz: 96. İqor Rodriqes, 29. Amil Yunanov, 7. Ehtiram Şahverdiyev, 4. Vüsal Məsimov, 88. Şakir Seyidov, 22. Rüfət Əhmədov, 91. Latir Fall, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko (k), 24. Olavale Onanuqa, 21. Martins Junior.
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 18. Elgün Bayramov, 3. Vurğun Hüseynov, 10. Tural Rzayev, 99. Əli Səmədov, 8. Elmir Tağıyev, 47. Ədilxan Qarəhmədov, 20. Mahir Həsənov, 6. Nemət Musayev, 33. Camal Cəfərov, 15. Cavad Kərimov
Baş məşqçi: Adil Şükürov.