Premyer Liqa: “Zirə” “Qarabağ”a yenə uduzdu

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 34-cü turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun gününün sonuncu qarşılaşması Zirədə baş tutub.

Burada “Zirə” hələ bir neçə tur öncə çempionluğu təmin etmiş “Qarabağ”ı qəbul edib.

Son oyunlarından qalib ayrılmış kollektivlərin duelində kimin qalib gələcəyi maraqla gözlənilirdi. Ağdam təmsilçisi çempionluğu təmin etdiyi üçün son oyunları formal xarakter daşıyır. “Zirə” isə avrokuboklara vəsiqə uğrunda mübarizə apardığı üçün çətin rəqibindən xal və ya xallar almağı hədəfləmişdi.

“Zirə” ilə “Qarabağ” bu günə qədər 34 oyunda üz-üzə gəlmişdilər. Əvvəlki oyunlarda “Zirə” cəmi 1 dəfə qalib gələ bilmişdi. Amma zirəlilər evdə bu rəqibi üzərində heç vaxt qələbə qazanmamışdı. 11 qarşılaşma heç-heçə bitmişdisə, 22 oyundan “Qarabağ” qalib ayrılmışdı.

Bu oyunda da sevinən tərəf Ağdam təmsilçisi olub. “Qarabağ” səfərdə minimal hesabla üstün olub.

Premyer Liqa
34-cü tur
11 may

“Zirə” – “Qarabağ” 0:1
Qol: Olavio Juninyo, 34-pen.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Tural Qurbanov.
Zirə İdman Kompleksi stadionu, 19:30.

Zirə: 41. Anar Nəzirov, 32. Qismət Alıyev (k), 21. Hacıağa Hacılı, 16. Fuad Bayramov, 5. Stefan Akka, 24. Sezar Meza Kolli, 9. Vladislav Kulaç, 4. Ruan Renato, 44. Dmitrios Çantakias, 23. Rafael Utziq, 15. Pyer Zebli.
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 95. Çerkez Hüseynov, 17. Araz Abdullayev, 77. Məqsəd İsayev, 8. İlkin Muradov, 10. Rəhim Sadıxov, 20. İsmayıl İbrahimli, 29. Ceyhun Nuriyev, 66. Pərviz Azadov, 28. Abbas İbrahim, 6. Eldar Quliyev, 19. Salifu Suma.
Baş məşqçi: Rəşad Sadıqov.

Qarabağ: 89. Amin Ramazanov, 13. Bəhlul Mustafazadə (k), 44. Elvin Cəfərquliyev, 90. Nəriman Axundzadə, 81. Kevin Medina, 66. Patrik Andrade, 17. Hamidu Keyta, 8. Marko Yankoviç, 18. Olavio Juninyo, 2. Mateus Silva, 15. Leandro Andrade.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 20. Riçard Almeyda, 5. Maksim Medvedev, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 24. Aleksey İsayev, 27. Toral Bayramov, 10. Abdullah Zubir, 11. Adama Diakabi, 6. Julio Romao, 19. Redon Cica.
Baş məşqçi: Qurban Qurbanov.