Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün sonuncu – 36-cı turuna start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.
Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan komandalar məhz bu gün meydana çıxıblar. Prinsipial xarakter daşıyan hər üç görüş eyni saatda start götürüb. “Zirə” “Səbail”i, “Neftçi” “Sabah”ı, “Sumqayıt” isə “Qəbələ”ni qəbul edib.
Avrokuboklara vəsiqə qazanmağa yaxın olan dörd komanda vardı. Bunlar 56 xalla 2-ci sırada olan “Neftçi”, 55 xalla 3-cü yerdə gedən “Zirə”, eyni xalla 4-cü olan “Sabah”, eləcə də 54 xalla 5-ci pillədə qərarlaşmış “Sumqayıt” idi. “Zirə” evdə “Səbail”ə, “Sumqayıt” isə “Qəbələ”yə qalib gəlməklə üst pillələrdə qərarlaşmağı hədəfləmişdi. Bu baxımdan “Neftçi” ilə “Sabah” arasındakı görüşə daha böyük maraq vardı. Çünki hər iki komanda avrokuboklara vəsiqə qazanmaq istəyirdi.
Məhz bu üç oyundan sonra Premyer Liqada gümüş, bürünc mükafatçılar və avrokuboklara vəsiqə qazanan komandalar müəyyənləşiblər. “Sumqayıt” “Qəbələ”ni, “Zirə” isə “Səbail”i 1:0 hesabı ilə məğlub edib. “Sabah” da səfərdə “Neftçi”ni minimal hesabla üstələyib – 1:0.
Xallarının sayını 58-ə çatdıran “Zirə” həm gümüş mükafatçı olub, həm də Avropa Liqasına vəsiqə qazanıb. Eyni xala malik “Sabah” üçüncü yeri tutmaqla yanaşı Konfrans Liqasında iştirak hüququ əldə edib.
Rəqiblərindən bir xal az toplayan “Sumqayıt” isə dördüncü pillə ilə kifayətlənib və Konfrans Liqasında mübarizə aparmaq hüququ qazanıb. Belədə “Neftçi” avrokuboklardan kənarda qalıb.
Xatırladaq ki, vaxtından öncə çempionluğu təmin etmiş “Qarabağ” da UEFA Çempionlar Liqasında çıxış edəcək.
Turun qalan iki oyunu bazar gününə təsadüf edəcək. “Turan Tovuz” mövsümün son matçında “Kəpəz”i, “Araz-Naxçıvan” isə çempion “Qarabağ”ı qəbul edəcək.
Premyer Liqa
36-cı tur
25 may
“Zirə” – “Səbail” 1:0
Qol: Qismət Alıyev, 57.
Qırmızı vərəqə: Valdemar Almeyda, 70.
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Əli Əliyev
Zirə İdman Kompleksinin stadionu, 19:00.
Zirə: 97. Tiaqo Silva, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 20. İsmayıl İbrahimli, 16. Fuad Bayramov, 29. Ceyhun Nuriyev, 5. Stefan Akka, 4. Ruan Renato, 23. Rafael Utziq, 15. Pyer Zebli, 19. Salifu Suma.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Məmməd Hüseynov, 17. Araz Abdullayev, 77. Məqsəd İsayev, 21. Hacıağa Hacılı, 11. Rüstəm Əhmədzadə, 24. Sezar Meza Kolli, 9. Vladislav Kulaç, 44. Dmitrios Çantakias, 70. İssa Cibrilla, 28. Abbas İbrahim, 6. Eldar Quliyev.
Baş məşqçi: Rəşad Sadıqov.
Səbail: 1. Səlahət Ağayev, 5. Adil Nağıyev (k), 74. Yusif Nəbiyev, 11. Rüfət Abdullazadə, 88. Valdemar Almeyda, 4. Adi Mehremiç, 9. Aleksandr Ramalinqom, 3. Silven Deslandes, 21. Anas Najah, 7. Madi Keta, 14. Suleyman Alluş.
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 10. Ağabala Ramazanov, 6. Cabir Əmirli, 15. Vüqar Həsənov, 8. Bahadur Həziyev, 17. Rafael Məhərrəmli, 18. Süleyman Əhmədov, 19. Samir Abdullayev, 44. Yadin Luqasi.
Baş məşqçi: Şahin Diniyev.
“Neftçi” – “Sabah” 0:1
Qol: Namiq Ələsgərov, 86.
Qırmızı vərəqə: Dieqo Valdes, 89 – Kahim Parris, 89. Con İrasabal, 89.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəvan Həmzəzadə
“Neftçi Arena”, 19:00.
Neftçi: 1. İvan Brkiç, 10. Filip Ozobiç, 14. Eddi İsrafilov (k), 3. Höccət Haqverdi, 19. Azər Salahlı, 23. Ataa Caber, 99. Ervin Koffi, 44. Yuri Matias, 9. Andre Şinyaşiki, 11. Kilan Lebon, 77. Yeqor Boqomolski.
Ehtiyat oyunçular: 93. Rza Cəfərov, 95. Rəvan Kazımov, 8. Emin Mahmudov, 2. Qara Qarayev, 17. Rəhman Hacıyev, 26. Ömər Buludov, 91. Ağadadaş Salyanski, 16. Lukas Melano, 22. Reziuan Mirzov, 4. Mark Tamaş, 6. Dieqo Valdes, 20. Alfa Konte.
Baş məşqçi: Miodraq Bojoviç.
Sabah: 1. Yusif İmanov, 10. Namiq Ələsgərov, 4. Elvin Camalov (k), 17. Tellur Mütəllimov, 8. Ayaz Quliyev, 2. Amin Seydiyev, 24. Maruan Hadudi, 7. Boyan Letiç, 70. Jesse Sekidika, 19. Emmanuel Apeh, 3. Con İrasabal.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 16. Rüstəm Samiqullin, 9. Anatoli Nuriyev, 5. Rəhman Daşdəmirov, 6. Abdulax Xaybulaev, 40. Rauf Rüstəmli, 88. Xəyal Əliyev, 53. Fəxri Məmmədli, 15. Kristian da Silva, 44. Sofian Çakla, 28. Kahim Parris, 90. Oluvaseun Timilehin.
Baş məşqçi: Krunoslav Renduliç.
“Sumqayıt” – “Qəbələ” 1:0
Qol: Erik Sorqa, 52.
Hakimlər: Tural Qurbanov, Elşad Abdullayev, Pərvin Talıbov, Fərid Hacıyev
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:00.
Sumqayıt: 1. Mehdi Cənnətov, 6. Vüqar Mustafayev (k), 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 11. Kazimir Ninqa, 12. Abu Dosso, 4. İsa Suliman, 10. Kamran Əliyev, 71. Masaki Murata, 23. Cordan Rezabala.
Ehtiyat oyunçular: 36. Xəyal Fərzullayev, 32. Murad Ağamalıyev, 7. Rövlan Muradov, 30. Kamran Quliyev, 21. Nihad Əhmədzadə, 41. Uğur Cahangirov, 58. Oktavio Manteka, 9. Erik Sorqa, 60. Tresor Mossi.
Baş məşqçi: Samir Abasov.
Qəbələ: 1. Rəşad Əzizli, 34. Ürfan Abbasov (k), 28. Murad Musayev, 7. Emil Səfərov, 25. İbrahim Ramazanov, 27. Eşqin Əhmədov, 10. Klesio Bauk, 4. Lukas Afriko, 99. Ahmed Ayzaya, 9. Əyyub Allaş, 72. Osama Xalayla.
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 94. Həbib Hüşənov, 11. Asif Məmmədov, 2. İlkin Qırtımov, 5. Rauf Hüseynli, 12. Nicat Əliyev, 71. Sənan Ağalarov, 97. Emil Süleymanov, 30. Şahin Şahniyarov, 20. Bilel Auaşeriya, 3. Zurab Oçiqava, 17. Yaovi Akakpo.
Baş məşqçi: Kaxaber Sxadadze.