Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 22-ci tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
Turun açılış oyunu Şamaxıda keçirilib. Burada artıq tarixin yaddaşına qovuşan “Keşlə” yeni adı (“Şamaxı”) ilə “Neftçi”ni qəbul edib. Qarşılaşmada hesabı meydan sahibləri açıblar. Rəhman Hacıyev baxımlı qola imza atıb. Yeri gəlmişkən, o, bu qolla “Şamaxı”nın tarixinə düşüb. Yarımmüdafiəçi klubun tarixinə yeni ad altında ilk qolun müəllifi kimi adını yazdırıb. 10-cu dəqiqədə cərimə zərbəsindən fərqlənən Rəhman bu şəhərdə 30 ildən sonra vurulan qola imza atıb. Bu komanda “Şamaxı”ya kimi “Xəzər Universiteti”, “İnter” və “Keşlə” adlarını daşıyıb. Şamaxını isə 1992-ci ildə “Şirvan” komandası təmsil edib.
Qarşılaşmaya gəlincə, ilk yarı “Şamaxı”nın üstünlüyü ilə bitib. Fasilədən sonra isə Tyaqo Bezerra və Ramon Maçadonun vurduğu qollar “Neftçi”yə əzmkar qələbə qazandırıb. Beləcə, “Şamaxı” ilk rəsmi matçından məğlub ayrılıb.
Günün digər qarşılaşması isə “Sabah” və “Zirə” komandaları arasında baş tutub. Bu oyunda dörd qol qeydə alınıb. Qarşılaşma meydan sahiblərinin inamlı qələbəsiylə yekunlaşıb.
Tura qalan iki oyunu sabah keçiriləcək. “Sumqayıt” lider “Qarabağ”la, “Səbail” isə “Qəbələ” ilə üz-üzə gələcək.
Azərbaycan Premyer Liqası
22-ci tur
9 aprel
“Şamaxı” – “Neftçi” 1:2
Qol: R.Hacıyev, 10 – T.Bezerra, 60. R.Maçado, 72.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamal Umudlu.
Şamaxı şəhər stadionu, 14:00.
Şamaxı: 1. Stanislav Namaşko, 2. İlkin Qırtımov, 7. Rəhman Hacıyev, 4. Şəhriyar Əliyev (k), 99. Rafael Məhərrəmli, 77. Merab Giqauri, 72. Aldair Neto, 6. Franko Flores, 9. Natan Oduva, 14. Turan Vəlizadə, 95. Rəhman Daşdəmirov.
Ehtiyat oyunçular: 27. Əkpər Vəliyev, 18. Ruslan Əmircanov, 8. Tural Axundov, 20. Rail Məlikov, 29. Amil Yunanov, 19. Fəhmin Muradbəyli, 22. Elçin Mustafayev, 13. Pərviz Azadov, 88. Fuad Bayramov, 74. Kamal Kazımov.
Baş məşqçi: Sənan Qurbanov.
Neftçi: 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 97. Xəyal Nəcəfov, 19. Azər Salahlı, 3. Mamadu Mbodj, 6. Voyislav Stankoviç, 10. Sezar Meza Kolli, 9. Tiaqo Bezerra, 77. Gilyerme Pato, 20. Mert Çelik, 27. Fərid Yusifli.
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 93. Rza Cəfərov, 26. Ömər Buludov, 24. Yusuf Laval, 91. Ramon Maçado, 7. Azər Əliyev, 21. İsmayıl Zülfüqarlı, 37. Vüsal Əsgərov, 73. Ramin Nəsirli, 82. Rüfət Abbasov.
Baş məşqçi: Samir Abasov.
“Sabah” – “Zirə” 3:1
Qol: Z.Oçiqava, 40. C.L.Mikels, 58. X.S.Rodriqes, 90+5 – H.Keyta, 48.
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Vüsal Məmmədov, Nicat İsmayıllı.
Masazır. “Bank Respublika Arena”, 17:00.
Sabah: 94. Yusif İmanov, 2. Amin Seydiyev, 10. Aleksey İsayev, 34. Bəxtiyar Həsənalızadə, 4. Elvin Camalov (k), 3. Zurab Oçiqava, 20. Coy-Lens Mikels, 15. Kristian da Silva, 7. Boyan Letiç, 73. Lukas Rangel, 18. Aleksey Kaşuk.
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 32. Rüstəm Samiqullin, 14. Slavik Alxasov, 9. Xulio Sezar Rodriqes, 26. Tiemoko Fofana, 17. Xuan Kamara, 24. Mixeil Erqemlidze, 55. Şpiro Periçiç, 99. Hiqor Qabriel, 29. Ceyhun Nuriyev, 66. Abdulla Xaybulayev, 33. Camal Cəfərov.
Baş məşqçi: Murad Musayev.
Zirə: 41. Anar Nəzirov, 8. İlkin Muradov, 21. Hacıağa Hacılı, 32. Qismət Alıyev (k), 19. Təmkin Xəlilzadə, 5. Rahil Məmmədov, 18. Davit Volkov, 44. Dmitrios Çantakias, 14. Hamidu Keyta, 99. Ahmed Ayzaya, 4. Cəlal Hüseynov.
Ehtiyat oyunçular: 22. Nail Alışov, 50. Səlim Həşimov, 2. Sertan Taşkın, 15. Ruslan Abışov, 47. Məhəmməd Hamdaui, 9. Loris Broqno, 92. Brayan Alseus, 51. Rüstəm Nuruyev, 13. Ramin Əhmədov, 61. Nizami Səmədov, 56. Samir Ağayev.
Baş məşqçi: Rəşad Sadıqov.


