Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 12-ci turunun növbəti oyunu keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə bir qarşılaşma baş tutub.
Günün yeganə oyununda “Şamaxı” “Zirə” ilə münasibətlərinə aydınlıq gətirib. Hər iki komanda son oyunlarında qələbəyə həsrət idi. “Zirə” 3 oyundur 3 xala sevinə bilmirdisə, “Şamaxı” 4 oyun idi qələbə qazanmırdı.
“Zirə” səfərdə baş tutan bu oyundan inamlı qələbə ilə ayrılıb. Rəşad Sadıqovun komandası bu qələbəyə rəğmən, 20 xalla 4-cü sırada qalıb. “Şamaxı” isə 12 xalla 6-cıdır.
Premyer Liqa
12-ci tur
2 noyabr
“Şamaxı” – “Zirə” 0:2
Qollar: Martins Junior, 33. Ruan Renato, 63.
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Fərid Hacıyev.
VAR: Rəşad Əhmədov.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Şamaxı şəhər stadionu. 15:00.
Şamaxı: 1. Rikardo Fernandes, 4. Adil Nağıyev (k), 8. İlkin Muradov, 17. Rafael Məhərrəmli, 5. Arsen Ağcabəyov, 82. Rüfət Abbasov, 20. Leroy Mikels, 93. Brahim Konate, 7. Georgi Kantariya, 9. Belaydi Pusi, 66. Vasili Bakiç.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 62. Abdulla Seydəhmədov, 60. Səbayıl Bağırov, 10. Emin Zamanov, 80. Zahid Mərdanov, 13. Ramin Əhmədov, 6. Rauf Rüstəmli, 22. Qurban Səfərov, 24. Edqar Adilxanov, 19. Fəxri Məmmədli, 11. Conatan Benteke.
Baş məşqçi: Ayxan Abbasov.
Zirə: 13. Aydın Bayramov, 7. Məqsəd İsayev, 29. Ceyhun Nuriyev, 22. İldar Ələkbərov, 5. Stefan Akka, 4. Ruan Renato (k), 90. Davit Volkov, 15. Pyer Zebli, 18. Junior Martins, 17. Ayron Qomis, 19. Salifu Suma.
Ehtiyat oyunçular: 97. Tyaqo Silva, 41. Anar Nəzirov, 21. Hacıağa Hacılı, 8. İsmayıl İbrahimli, 16. Fuad Bayramov, 14. Elçin Əlicanov, 11. Rüstəm Əhmədzadə, 10. Georgi Papunaşvili, 23. Rafael Utziq, 3. Ange Mutsinzi, 24. Yusuf Laval, 6. Eldar Quliyev.
Baş məşqçi: Rəşad Sadıqov.


